Əsas Səhifə > Güney Press, Reklam > Ən yüksək beynəlxalq standartlara uyğun olan Müştəri Xidmətləri Azərbaycanda mövcuddur

Ən yüksək beynəlxalq standartlara uyğun olan Müştəri Xidmətləri Azərbaycanda mövcuddur


25-12-2015, 16:34
Ən yüksək beynəlxalq standartlara uyğun olan Müştəri Xidmətləri Azərbaycanda mövcuddur
Fəaliyyəti dövründə dəfələrlə müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən, bir sıra standartlar üzrə ən yüksək göstəricilər əldə edən ölkənin lider mobil operatoru Azercell Telekom bu istiqamətdə növbəti pilləni adlamış oldu. Müştəri Xidmətləri sahəsində Azərbaycanın ən nümunəvi şirkətlərindən biri olaraq Azercell EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanı üzrə resertifikasiya prosesindən uğurla keçib. Şirkətin fəaliyyəti xarici auditorlar tərəfindən yüksək qiymətləndirilib və Azercell-in resertifikasiya şərtlərinə tamamilə uyğun olduğu bir daha təsdiqlənib.
Qeyd edək ki, hələ 2011-ci ildə Azercell həm ölkəmizdə, həm də TeliaSonera Avrasiya şirkətləri arasında ilk dəfə olaraq xidmət sahəsində ən nüfuzlu keyfiyyət sertifikatı olan EN15838 nişanına layiq görülmüşdü. Həmin vaxtadək Azərbaycanda rəsmi dövlət orqanları və özəl şirkətlər arasında heç biri bu sertifikatı əldə etməmişdi. Sertifikat Azercell-in ən müasir standartlara uyğun işləyən Telefon Mərkəzinin işinə görə təqdim olunmuşdu. EN15838 keyfiyyət sertifikatı müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır. Bu norma Azad Ticarət Avropa Assosiasiyası (EFTA -European Free Trade Associations) üzvləri tərəfindən qəbul edilib. Hazırda Avropanın 30 ölkəsində şirkətlərin əlaqə mərkəzləri EN 15838 sertifikatını əldə etmək üçün mövcud olan vahid standartlar əsasında çalışırlar. Azərbaycanda yalnız Azercell-in telefon mərkəzində bütün iş prosesi - zəngin qəbulundan tutmuş, müraciətin icrası və müştəridən gələn reaksiyaya kimi hər bir məqam beynəlxalq standartlara əsasən dəyərləndirilir. Əminliklə qeyd edilməlidir ki, hazırda Azercell bütün Azərbaycanda ümumavropa standartları ilə fəaliyyət göstərən ən peşəkar telefon mərkəzinə sahibdir.
Onu da bildirək ki, EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutan bir keyfiyyət standartıdır. Həmin sertifikata layiq görülən şirkətlər mütəmadi olaraq yoxlanılır. Bu baxımdan, Azercell öz işini hər zaman yüksək səviyyədə saxlamaq üçün daim təkmilləşdirmə işləri aparır.

Geri qayıt