Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                 

Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Tarix: 16-09-2024, 17:11 | Çap et
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı
İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun işi ilə bağlı narahatlığını bildirib.

Musavat.com-a danışan ana qeyd edib ki, oğlu ilə bağlı artıq ümidləri kəsilib:

“Deyirlər, saxlanma şəraiti normaldır, amma nəticədə həbsxanada qalır. Haqsız yerə şərlənib tutulub, oğlum bunu heç cür qəbul edə bilmir. Ona görə də çox əsəbidir. Görüntü ilə danışa bilmirik, sadəcə səsli danışırıq. Kaş elə bir dəfə üzünü görərdim. Onu xatırlayanda gözümün önünə nədənsə həmişə uşaqlıq siması gəlir. O məsum, ananın köməyinə ehtiyacı olan siması. Elə bilirəm yenə də uşaqdır. Nə qədər arzularımız, planlarımız var idi, çox heyif”.

Dilarə Əsgərova əlavə edib ki, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinə etdiyi müraciətə də cavab gəlməyib.

O, “bəs vəkil növbəti addımda hara müraciət edəcək” sualına belə cavab verib:

“Fəridin vəkili bizi aldadıb, uzun müddətdir ki, əlaqəmiz yoxdur. Tahir Nəqəvi bizdən 5000 avro aldı, amma heç nə etmədi.

Artıq oradakı vəkillərin heç birinə inanmıram. Siz təsəvvür edin, kitab üçün pul da göndərdim vəkilə, bizə dedi ki, göndərdim, amma içəri buraxmadılar. Son vaxtlarda həbsxana rəisi özü Fəridə təklif edib ki, hansı kitabı istəsən yaz alaq. Fərid deyib, axı buraxmırsınız, deyib İranda çap olunan kitabı niyə buraxmayaq ki. Heç demə bizi aldadıbmış. Daha sonra bizim tərcümə işimiz var idi. Vəkil bizə dedi ki, Fərid üçün tərcüməçi tutub. Fərid dedi, mama, bundan şübhələnirəm tərcüməçinin nömrəsini istəyəcəm. Vəkildən nömrəni istəyəndə vermədi. Məlum oldu ki, bu da yalanmış. Fəridin yanına da getmirmiş. Məhkəməyə də getməyib. Fərid məhkəmədən öyrənmişdi. Deyiblər o, bura cəmi bir dəfə gəlib. Amma bizi aldadırdı ki, guya hər həftə gedir. Fərid deyilənə də inanmayıb, özü yoxladı. Fərid deyib məhkəməyə gəlmişəm, gəl mənə dəy, deyib tələsirəm, gələ bilmirəm. Kitabı da soruşdum ki, niyə aldatmısan məni. Dedi ki, Fərid dedi, gərək almanca kitab Almaniyada çap oluna. Görün, nə qədər absurd bir bəhanə gətirib. Bizdən kitaba görə 50 avro aldı. Sonra həbsxana rəhbəri kitab alıb, Fəriddən pulunu da götürməyib”.

Dilarə Əsgərova “Tahir Nəqəvinin fevral ayında İranda həbs olunduğu bildirilir, bu səbəbdən sizinlə əlaqəsi kəsilmiş deyil ki” sualına da cavab verib:

“Düzünü desəm, onun tutulduğunu indi sizdən eşitdim. Amma o, bizimlə daha əvvəldən işini bitirdiyini bildirmişdi. Nə köməkliyi dəydi ki bizə. Ancaq pul aldı və aldatdı bizi. Fevral ayına qədər artıq “mənlik bir iş yoxdur” demişdi bizə. “Necə yəni Fərid içəridədir axı”, demişdim. Bundan sonra kimə inanansan, buradan heç bir vəkilə etibar etmirəm. Azərbaycandan vəkilin təyin olunmasına isə burada icazə vermirlər”.

Qeyd edək ki, İran İslam Respublikasının Əlburz vilayətinin Kərəc şəhərində vəkil və türk dil haqları müdafiəçisi Tahir Nəqəvinin İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və “Araz News” saytı kimi mənbələr bu barədə məlumat yayıblar. Vəkilin fevral ayının 6-da nəzarət altına alındığı bildirilib. Onun hansı ittihamlara görə həbs edildiyi bəlli deyil.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gəlib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. F. Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb. Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru