ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Tarix: 16-09-2024, 16:35 |
Çap et
Məlum olduğu kimi, 2020-ci ilin 27 sentyabrından - 10 noyabrına kimi davam edən 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. 2020-ci il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi Üçtərəfli bəyanat imzalandı. Üçtərəfli bəyanatın 9-cu maddəsi regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsini özündə əks etdirir.
Sözügedən nəqliyyat komunikasiyaları arasında Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanla Ermənistan arasında dəhlizin açılması istiqamətində danışıqlar gedir.
Lakin prosesə xarici güclərin maneələr törətməsi də layihəni ləngidən əsas faktorlardandır.
Bəs ABŞ-ın Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi mövqeyi necədir?
Mövzu ilə bağlı ABŞ Dövlət Departamenti Bizim.Media-nın sorğusunu cavablandırıb.
Həmin cavabı təqdim edirik:
“Biz Azərbaycan və onun eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçən cənub tranzit marşrutunun potensial inkişafı ilə bağlı davam edən müzakirələrdən xəbərdarıq. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh razılaşması əldə etmək üçün səylərini dəstəkləyir”.