Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Tarix: 16-09-2024, 15:38 |
Çap et
Fransa Prezidenti Emmanuel Makron Fransanın Avropa Birliyi komissarı vəzifəsinə Tyerri Bretonun yerinə xarici işlər naziri Stefan Sejurneni təyin edib.
Axar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Qeyd edək ki, Fransanın Avropa Birliyi komissarı Tyerri Breton bu gün istefa verdiyini açıqlayıb.
“Bretonun vəzifədən ayrılması və Sejurnenin təyini Avropadakı siyasi dinamikanın və Fransanın Avropa Birliyindəki rolunun dəyişə biləcəyinə işarə edir”, - məlumatda bildirilir.