Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                 

Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Tarix: 16-09-2024, 11:10 | Çap et
Qərb Cənubi Qafqazda ciddi səhvlər edir
Elçin Alıoğlu - Trend


Çoxsaylı siyasi qarşıdurmaların birləşərək vahid bir qlobal mozaikaya çevrilməsi XXI əsrin geosiyasi proseslərinin ən vacib və mürəkkəb elementlərindən biridir. Bu, müasir dünyanın bir çox ölkələrinin, xüsusən də böyük dövlətlərin iştirak etdiyi münaqişələrin yalnız regional səviyyədə qalmadığını, əksinə, bir-birinə qarışaraq qlobal rəqabət müstəvisinə çevrildiyini göstərir. Çin və ABŞ arasında baş verən son qarşıdurmalar bu tendensiyanı daha da aydınlaşdırır. Xüsusən də, ABŞ-ın Çini Rusiya-Ukrayna müharibəsində Moskvanı dəstəkləməkdə günahlandırması, əslində iki supergücün qlobal rəqabətinin yeni mərhələsinin rəmzi olaraq çıxış edir.

Artıq iki il yarımdır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu müddət ərzində biz artıq vərdiş etmişik ki, hər həftə hansısa üçüncü dövlətin tərəflərdən birini dəstəkləməkdə ittiham olunduğuna dair xəbərlər eşidək. Bu dəfə ABŞ-ın hədəfi Çin oldu. Ancaq Pekin bu iddiaları qəti şəkildə rədd edir, hərbi dəstək vermədiyini bildirir və hətta ABŞ-ı münaqişənin qızışmasına şərait yaratmaqda günahlandırır. Çin bəyan edir ki, müharibənin miqyasının genişlənməsinə səbəb olan məhz Qərb ölkələridir. Bununla yanaşı, Pekin müharibənin dayandırılması və sülh danışıqlarına başlanması üçün üçüncü ölkələrin hərbi yardımı dayandırmasının vacibliyini vurğulayır.

İttihamların əsasında dayanan həqiqəti araşdırmaq əvəzinə, daha geniş bir mənzərəyə baxmalıyıq. Çünki bu qarşılıqlı ittihamlar təkcə Rusiya-Ukrayna müharibəsinə aid deyil. Onlar əslində, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşmasının bir hissəsidir və dünyanın iki əsas qüdrəti olan ABŞ və Çinin bir-biri ilə olan rəqabətinin yeni mərhələsinə işarə edir. Hazırkı dövrdə dünya təkqütblü deyil və bu, ABŞ-ın üstünlüyünü daha da təhdid altında qoyur. Bu səbəbdən ABŞ, Çin və digər böyük dövlətlər arasında regional münaqişələrdə iştirak etmə meyli artır. Bu münaqişələr bir-biri ilə əlaqəli bir “pazlın” parçaları kimi çıxış edir və onların bir-birinə təsiri getdikcə daha qabarıq şəkildə özünü göstərir.

Əsas sual budur ki, prosesin nəticəsi nə ola bilər? Regional münaqişələr beynəlxalq rəqabətin proksi sahəsinə çevrildikdə, onların özlərinin təsirləri necə dəyişir? Məlumdur ki, hər bir münaqişə ayrı-ayrılıqda müəyyən regional və yerli amillərlə əlaqəlidir. Lakin böyük dövlətlər arasında artan rəqabət bu münaqişələrin həlli perspektivlərini daha da mürəkkəbləşdirir. Regional qarşıdurmalar bir növ qlobal qarşıdurmanın əks-sədasına çevrilir, nəticədə onların həlli daha da çətinləşir və uzunmüddətli sülh perspektivləri zəifləyir.

Məsələn, ABŞ-ın Çini hərbi dəstək verməkdə ittiham etməsi, əslində, iki dövlətin strateji rəqabətinin əlamətidir. Rusiya-Ukrayna münaqişəsi bu ittihamların əsas səbəbi kimi çıxış etsə də, Vaşinqton üçün əsas narahatlıq Çin və Rusiyanın daha geniş miqyasda hərbi əməkdaşlığıdır. ABŞ rəsmilərinin fikrincə, Çin ilə Rusiya arasında texnoloji və hərbi sahədə əməkdaşlıq artmaqda davam edir və bu, ABŞ-ın qlobal mövqeyini daha da zəiflədir.

Maraqlı bir məqam da ondan ibarətdir ki, bu ittihamlar ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Çinə səfərindən cəmi iki həftə sonra səsləndi. Bu, onu göstərir ki, Vaşinqton və Pekin arasında hələ də strateji münaqişəni həll etmək üçün konkret imkanlar yoxdur. Sözsüz ki, onların arasında açıq bir hərbi qarşıdurma istəyi mövcud deyil, lakin “Fukididin tələsi” adlanan ssenaridən qaçmaq üçün də ortada kifayət qədər ciddi bir qorxu yoxdur. Beləliklə, onların rəqabəti getdikcə daha çox proksi müharibələrə və regional münaqişələrə yönəlir.

Cənubi Qafqazda Qərb (ABŞ, Fransa və Avropa İttifaqı) ilə Rusiya arasında geosiyasi və iqtisadi rəqabət son illərdə daha da dərinləşmişdir. Bu region tarixi, siyasi və iqtisadi baxımdan həmişə maraq dairəsində olub, lakin 2020-ci il Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı dinamika sürətlə dəyişdi. Azərbaycan və Ermənistan arasında baş verən müharibə Qərb və Rusiya arasında uzun müddətdir davam edən rəqabətin daha aydın şəkildə üzə çıxmasına səbəb oldu. Regionun güc mərkəzləri olan Azərbaycan və Ermənistan beynəlxalq maraqların toqquşduğu bir nöqtədə yerləşir. Qərbin Ermənistanı dəstəkləmək cəhdləri isə daha çox səhvlərə yol açmış və onların strateji maraqlarına zidd nəticələr doğurmuşdur.

ABŞ, Fransa və Avropa İttifaqı üçün Cənubi Qafqaz təkcə geosiyasi məkan deyil, həm də enerji təhlükəsizliyi və nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan xüsusilə enerji təchizatı baxımından Avropa üçün kritik əhəmiyyətə malikdir. TAP və TANAP kimi layihələr Avropanın enerji təhlükəsizliyini artırmağa xidmət edir, lakin Ermənistanla olan münaqişə, Qərb üçün regionda sabitliyə nail olmaq və Ermənistanı demokratik yolla dəstəkləmək niyyətini də əlavə edir.

Qərbin Ermənistanı dəstəkləmək səyləri bir neçə istiqamətdə strateji səhvlərə səbəb olub. İlk növbədə Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdi bu ölkəni daha çox Rusiyaya və İrana bağlayıb. Rusiya Ermənistanda həm siyasi, həm də hərbi təsirə malikdir. 2024-cü ilə aid olan son məlumatlara əsasən, Ermənistan iqtisadi cəhətdən də böyük ölçüdə Rusiyaya bağlı qalır. Ermənistanın idxalatının böyük hissəsi hələ də Rusiya və İrandan həyata keçirilir. Ermənistanın enerji, maliyyə və təhlükəsizlik sahələrindəki asılılığı hələ də qalmaqda davam edir, buna görə də Qərbin Ermənistana təsir etmək cəhdləri effektiv olmayıb.

Rəsmi Moskva üçün Ermənistan Cənubi Qafqazda strateji əhəmiyyətə malikdir. Rusiya bu regionda öz hərbi bazalarını saxlamaqla və Ermənistanın təhlükəsizliyini təmin etməklə təsirini gücləndirir. Rusiyanın Ermənistanın təhlükəsizliyində oynadığı əsas rolu nəzərə alaraq, Qərbin Ermənistanı Rusiyadan ayırmaq cəhdləri Moskvanın bu ölkəyə nəzarətini zəiflətmək əvəzinə daha da gücləndirib. 2023-cü və 2024-cü illərə aid məlumatlara görə, Rusiya Ermənistana hərbi təchizat göndərməyə davam edir və bu proses Ermənistanın Rusiya ilə olan asılılığını daha da möhkəmləndirir.

Son illərdə Rusiya və Ermənistan arasında imzalanmış bir neçə strateji müqavilə də bu əlaqələri gücləndirib. 2023-cü ildə Ermənistanla Rusiya arasında enerji, sənaye və hərbi-texniki sahələrdə bir neçə yeni razılaşma imzalanıb. Ermənistan hələ də Rusiya qazının əsas alıcısıdır, və bu enerji asılılığı Ermənistanın xarici siyasətində müstəqil qərarlar qəbul etməsini məhdudlaşdırır.

ABŞ və Avropa İttifaqı Ermənistanı dəstəkləməklə Ermənistanın Rusiyadan uzaqlaşacağına və daha çox Qərbə inteqrasiya olunacağına ümid edirdilər. Fəqət bu strategiya tərsinə işlədi. Ermənistan hələ də Rusiya ilə güclü əlaqələrini qoruyur və Qərbin yardımları bu vəziyyəti dəyişməyib. Avropa İttifaqı son illərdə Ermənistana böyük həcmdə maliyyə yardımı ayırsa da, bu yardımların regiondakı strateji mənzərəni dəyişdirmədiyi açıq şəkildə görünür. 2023-cü ilin statistik məlumatlarına görə, Avropa İttifaqı Ermənistana təxminən 2 milyard avro dəyərində yardım ayırıb. Ancaq bu vəsaitlər Ermənistanın Qərbə yönəlmiş geosiyasi kursa keçməsinə kifayət etmədi.

Fransa da Ermənistanı dəstəkləmək cəhdlərində strateji səhvlərə yol verib. Fransanın 2024-cü ilin əvvəllərində Ermənistana hərbi yardım göndərmək planları bu ölkəni regional münaqişələrdə daha da təcridə sürüləyərək Ermənistanın müttəfiqi olan Rusiyanı narahat edib. Fransa prezidentinin Qarabağ məsələsində birtərəfli yanaşması, Ermənistanı açıq şəkildə dəstəkləməsi Azərbaycanla olan münasibətlərə də mənfi təsir göstərib.

Fransa və ABŞ Ermənistanı dəstəkləyərkən Azərbaycanın güclü mövqelərini nəzərə almayıb və bu, onların Cənubi Qafqazda nüfuzunun azalmasına səbəb olub. Azərbaycan, xüsusilə enerji və nəqliyyat marşrutlarında mühüm rola malikdir və regionun stabil tərəfdaşı olaraq Avropa və ABŞ üçün vacibdir. Buna baxmayaraq, Ermənistanın dəstəklənməsi Azərbaycanın maraqlarına ziddir və bu, Qərbin regionda strateji səhvlərinin başlıca səbəblərindən biridir.

Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri son illərdə daha da güclənib. 2023-cü və 2024-cü illərdə Azərbaycan enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilib. TAP və TANAP layihələri Azərbaycanın Avropaya təbii qaz ixracatını artırmış və bu, Avropa üçün enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verib. Bununla yanaşı, Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini gücləndirən digər faktorlar da var. Azərbaycanın hərbi potensialı 2020-ci il müharibəsindən sonra daha da artmışdır və bu, regionda sülhün təmin edilməsi prosesində vacib elementə çevrilib.

2023-cü ilin sonlarına aid statistik göstəricilər Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdığını göstərir. Bu, regionun strateji əhəmiyyətini daha da gücləndirir və Azərbaycanın Avropa ilə olan münasibətlərinin daha da inkişaf etməsinə şərait yaradır. Azərbaycan həmçinin nəqliyyat layihələrində, xüsusilə Şərq-Qərb Nəqliyyat Dəhlizində mühüm rol oynayır və bu, onun Avropa ilə daha geniş əməkdaşlığını təmin edir.

Ermənistan Qərbin dəstəyinə baxmayaraq, hələ də siyasi və iqtisadi təcriddə qalır. 2023-cü ilin sonlarına aid məlumatlar göstərir ki, Ermənistan iqtisadi cəhətdən həm Rusiya, həm də İranla güclü şəkildə bağlıdır. Ermənistanın xarici ticarət dövriyyəsinin böyük hissəsi məhz bu iki ölkə ilə aparılır və bu, Ermənistanın Rusiyadan tamamilə uzaqlaşa bilməyəcəyini göstərir.

Nəticə etibarilə, Qərbin Ermənistanı dəstəkləmə cəhdləri uğursuz olub. Ermənistan, həm iqtisadi, həm də hərbi baxımdan hələ də Rusiya və İranın təsir dairəsindədir. Bu, Qərbin Cənubi Qafqazda strateji maraqlarına ciddi zərbə vurur və onların regiondakı mövqelərini zəiflədir. Eyni zamanda, Azərbaycanın güclənən mövqeyi və onun Avropa ilə olan yaxın əməkdaşlığı regionda sülh və sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Proksi münaqişələr fenomeni insanlıq tarixi qədər qədimdir. Lakin bu gün onun beynəlxalq münasibətlər sisteminə təsirini nəzərə alaraq, bu fenomenin nə qədər təhlükəli olduğunu başa düşməliyik. Soyuq Müharibə dövründə ABŞ və SSRİ-nin birbaşa qarşıdurmaya girməməsi proksi münaqişələrin artmasına səbəb olmuşdu. O zaman bu münaqişələr qlobal gərginliyi azaltmaq üçün bir vasitə kimi görülürdü. Bu fikir “sabitlik-nestabillik paradoksu” adı ilə tanınırdı və onun müəllifi olan amerikalı politoloq Qlen Snayder bu fenomeni belə izah edirdi: strateji səviyyədə sabitlik olduğu zaman (məsələn, nüvə silahlarının yaratdığı balans nəticəsində), daha aşağı səviyyəli münaqişələrdə qeyri-sabitlik artır.

Bu paradoksun müasir kontekstdə nə qədər aktual olduğunu başa düşmək üçün müasir beynəlxalq münasibətlərin strukturuna nəzər salmaq kifayətdir. Hazırda dünya ikipolyar deyil və geosiyasi qüvvələr arasında qlobal miqyasda balans yaratmaq getdikcə daha da çətinləşir. Nəticədə, regional münaqişələr qlobal sabitlik üçün ciddi təhlükə törədir. Əgər bu prosesə müəyyən məhdudiyyətlər gətirilməzsə, nəticədə ayrı-ayrı regional münaqişələrin birləşərək qlobal bir “nestabillik zəncirinə” çevrilməsi ehtimalı mövcuddur.

Bununla belə, Snayderin nəzəriyyəsi bir məqamı xüsusi vurğulayır: böyük dövlətlər proksi müharibələrin qlobal münaqişəyə çevriləcəyindən əmin olduqda, regional münaqişələrdə iştiraklarını məhdudlaşdıra bilərlər. Bu, müasir dünya üçün də vacib bir dərsdir. Tayvan məsələsində Çin və ABŞ arasında birbaşa qarşıdurmanın hələ də mümkün olduğu düşünüldüyü halda, digər münaqişə bölgələri daha böyük risklər altındadır.

Beləliklə, proksi münaqişələr bu günün geosiyasi mənzərəsinin dəyişməz bir hissəsinə çevrilir və onların təsiri yalnız regional çərçivədə qalmır. Əksinə, onlar böyük dövlətlər arasındakı rəqabətin proyeksiyası olaraq qlobal miqyasda da ciddi nəticələr doğura bilər. Bu, beynəlxalq münasibətlər sistemində sabitliyin necə qorunub saxlanılacağı sualını daha da aktuallaşdırır. Hər bir regional münaqişənin arxasında dayanan qüvvələrin qlobal məqsədlərini nəzərə aldıqda, sabitliyin qorunmasının daha mürəkkəb və çətin bir proses olduğunu anlayırıq. Bu prosesdə məhdudiyyətlər tətbiq edilmədikcə, nəticədə dünya proksi müharibələrin girdabına düşə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru