XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                 

“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda... – Xəyanətin yeni adı
Tarix: 16-09-2024, 10:35 | Çap et
“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda...
Vaxtaşırı qabaran patriotizm-kosmopolitizm mübahisələri artıq çox adamı təngə gətirib, amma bu xüsusda polemikaların sonu görünmür. Bu günlərdə Vikipediyadan şəhidlərə dair məqalələrin silinməsi bu ixtilafı bir az da dərinləşdirib.

Biz hələ də nəyin yaxşı, nəyin pis olduğunu, vətənpərvərliyin hara qədər normal və zərərli, kosmopolitizmin hara qədər qəbuledilən və ziyanlı olduğunu bilmirik.

Bu anlayışların şəffaf sərhədlərinin delimitasiyası haqda təsəvvürlər zəifdir.

O üzdəndir ki, özünü mövcud iqtidarın əleyhdarı sayan bir sıra adamlar bəzən sırf xalqımızın, dövlətimizin ziyanına olan iddialar, ittihamlar irəli sürür, düşmənlər tərəfindən skrin-şot edilib qovluğa (fayla) yığılan paylaşımlar yayırlar.

Məsələn, onlardan birinin skrin-şotu aşağıdakı kimidir. Bunu edən şəxsin adı da bəllidir, soyadı da, hansı sahədə fəaliyyət göstəridiyi də.

“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda...

Bəs onu bu cür paylaşımlar etməyə nə vadar edib? Əlahəzrət həqiqətmi? Bağlı olduğu məkrli mərkəzlərdən aldığı tapşırıqmı? Onlara yarınmaq ehtirasımı?

Bu səpkidə başqa suallar da ola bilər, amma burası tam yəqindir ki, adamın öz xalqının qəhrəman, xilaskar ordu birləşməsini ittiham etməsi həqiqət carçılığından irəli gəlmir.

Elə olsaydı, o, ermənilərin son 36 ildə başımıza gətirdiyi, fəryadımızı ərşə qaldıran onlarca faciəvi hadisələrdən, qətliamlardan bəhs edərdi – Xocalı soyqırımından tutmuş ta Meşəli qırğınına qədər, Ağdaban, Başlıbel, Qaradağlı, Kərkicahan qətliamlarına qədər. Erməmi əsirlərə qarşı düzgün olmayan rəftardan bəhs edənlər yüzlərlə, hətta minlərlə əsirimizin güllələnməsindən, işgəncə ilə öldürülməsindən kəlmə kəsmirlər. Füzulinin Seyidəhmədli kəndindən ta Edilliyə, Şuşaya, Kəlbəcərə qədər hər yerdə toplu məzarlıqlar çıxır – hamısı da öldürülmüş əsirlərimizin məzarlarıdır.

Amma bu və digər “sülhpərvər” şəxslər üçün önəmli olan neçə-neçə gənc hərbçimizi alnından vuran snayper Anuş Apetyanın taleyidir. O, Anuşun faciəsini 1-ci Qarabağ müharibəsində 30 mindən çox övladını iriən xalqımızın faciəsinin fövqünə qoyur.

2-ci Qarabağ müharibəsində bir neçə dəfə Gəncənin, iki dəfə Bərdənin, dəfələrlə Tərtərəin, bir dəfə isə Beyləqanın erməni hərbçilər tərəfindən raket zərbələri ilə vurulması nəticəsində yüzdən artıq dinc sakin (qoca, qadın, uşaq) itirmişik, 44 günlük müharibə zamanı və ondan sonra davam edən lokal əməliyyatlarda ölən ermənilər üçün ağlaşanlar öz mülki insanlarımız üçün bir cümləllik paylaşım etməyiblər.

Sanki onlar yalnız ermənilərin itkilərinin hesabını aparır və yalnız onlara kədərlənə bilirlər. Bu, manqurtluq deyil, manqurtluğun bəlli bəraəti var. Onların bu mövqedə olması itirilmiş şüurun, qurumuş beyinin yanlış düşüncələrindən irəli gəlmir. Tam əksinə, bu adamlar bilirlər ki, şəxsi mənfəətləri, xeyirləri bundadır, belə danışsalar, öz ölkələrinin ordusuna qara yaxsalar, generallarını “hərbi cani” elan etsələr, xaricdəki siyasi, hərbi, kəşfiyyat dairələrində yerləri möhkəm, qrantları iriməbləğli olar.

Bu xüsusda bütün kartlar açılıb, daha heç kim “demokratiya”, “haqq-ədalət”, “insan haqları” kimi cazibədar şüarların arxasına gizlənə bilməz.

Axırıncı dəfə bir çoxlarının iç üzü Macarıstandan ölkəmizə ekstradisiya edilən zabit Ramil Səfərovun təyyarədə əfv edilməsi hadisəsi zamanı açıldı. Məhz o zaman xarici dairələrdən “hücum” komandası alanlar böyük bir səfərbərliklə Ramilin, onu Azərbaycana göndərənlərin və gətirənlərin üzərinə hücuma keçdilər.

Ermənilər yalan olmuşdu, bizimkilər gerçək. Xaricdən maliyyələşən media qurumlarında və sosial şəbəkələrin Azərbaycan seqmentində tozanaq ərşə qalxmışdı.

Başqa vaxt siyasi motivlərlə həbsdə yatanlara, törətdiyi əmələ uyğun olmayan şəkildə ağır cəza alanlara azadlıq tələb edən “haqq-ədalət carçıları” ömrünün ən yaxşı 9 ilini həbsxanada keçirmiş Ramilin azadlığa buraxılmasını qılıncla qarşılayırdılar və erməni lobbisinin ağır cəza kəsdirdiyi Ramilin türmədə günə-gün, yəni ömürlük yatmasını istəyirdilər. Çünki onların bağlı olduqları mərkəzdən verilən direktiv beləydi.

Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı yaranan qalmaqal zamanı da elə oldu. Bəziləri hələ də romanda elə bir antimilli xətt olmadığını, əksinə, bəşəri dəyərlərə, sülhpərvərliyə önəm verildiyi barədə iddialar irəli sürürlər.

“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda...

Ancaq bütün bu müdafiə arqumentlərini darmadağın edən bir fakt var. O da bundan ibarətdir ki, ermənilər Əkrəm Əylislinin “Daş yuxuları”nı dünyanın 50-dən artıq ölkəsində erməni və yerli dillərə tərcümə edərək kitab şəklində nəşr ediblər və hələ onu yaymaqda davam edir, bu kitabı əldə tutarqa edərək, “Azərbaycan xalqının ermənilərə qarşı vəhşilik törətdiyini öz ədiblərinin etirafı” kimi xalqımıza qarşı təbliğat aparırlar. Nümunə üçün o kitablardan bir neçəsinin üz qabığını burada paylaşırıq.

“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda...

Başqa sözlə, şovinist ermənilər və onlara havadarlıq edənlər ölkəmizdə formalaşdırdıqları mərkəzlərin əliylə insanlarımızı trollayaraq, linç edərək vətənpərvərlik hissindən uzaq tutmağa çalışırlar və buna qismən nail olublar. Onlar yalançı “sülhpərvərlik” pərdəsi arxasında daldalanır, vətənpərvərliyə qarşı çıxırlar. Bu iki məfhum nədən bir-birinə antonim olmalıdır? Nəgər vətənpərvər olaraq da sülhpərvər olmaq mümkün deyil?

Yeni nəsildən olan, Avropaya gedib-gəlmiş, oradakı müxtəlif dairələrlə əlaqə yaratmış gənclərin düşüncəsinə görə, patriotizm çox qəbahət bir şeydir, gerilikdir, normal insan kosmopolit olmalıdır, xalqlar arasında fərq qoymamalıdır və s. Amma baxaq, görək, öz xalqını bəyənməyən, yeri gəldi-gəlmədi, onu aşağılayan bu şəxslər erməni xalqı haqqında güldən ağır bir söz deyə bilərlərmi? Deyə bilməzlər. Onların yalnız öz xalqını pisləmək azadlıqları var. Əks təqdirdə qrantları kəsilər.

Vikipediyada şəhidlərə dair məqalələrin silinməsi qalmaqalının altından 44 günlük müharibədə “novarçı” olaraq Azərbaycanı müharibəni dərhal dayandırmağa çağıranların çıxması çox da təəccüblü deyil. Həmin dalğa, həmin koordinat.

Son illərdə vətənpərvərlik bayrağının vaxtilə bu kimi məsələlərə barmaqarası baxan iqtidar düşərgəsinin, bu düşərgəyə mənsub olan fəalların əlinə keçməsi heç kəsə haqq vermir ki, hakimiyyətə müxalifliyi vətənpərvərlik hərəkatının üzərinə proyeksiya eləsin. Kim iqtidara müxalifdirsə, olsun, onun sosial-iqtisadi, mədəni siyasətini, idarəçiliyini tənqid edirsə, etsin, amma dövlət maşınının torpaqları işğaldan azad etməsini, ölkənin təhlükəsizliyini, bütövlüyünü qorumasını “vurmaq”, artıq hökumətə yox, millətə, dövlətə müxaliflikdir.

Xalid KAZIMLI - Musavat.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru