Dövlət tıxaclara MÜDAXİLƏ ETMƏLİDİR... - ÇAĞIRIŞ
Tarix: 16-09-2024, 10:19 |
Çap et
"Allah bütün tıxacda olanlara səbr versin... bu gün ilk dəfə idi Sumqayıt istiqamətindən Bakıya gəlməli oldum... 15 dəqiqəlik yola 2 saat qaldım... Mən 1 dəfə çəkdim bu əziyyəti... hər gün bu çiləni çəkənlər var... Nəsə etmək lazımdır... Dövlət bu tıxaclara çarə etməlidir... Yazıqdır camaat..." Bunu öz etirazında Dia-az.İnfo-nun rəhbəri Məhəmməd Ərsoy ifadə edib.
O daha sonra bildirib: "Yolboyu xarab olub qalan maşınlar və dayanacaqlarda bir-birilərinin bellərinə minən sərnişinlər...
4 nəfəri mən gətirdim şəhər istiqamətinə... yerdə qalanalr qaldı... Nəsə etmək lazımdır... Bu tək Ralli səbəbindən yaranan problem deyil... Ümumiyyətlə, mətkəblərin açılması səbəbindən hər gün yaşanan problemdir... Maşınıma mindirdiyim vətəndaşlar belə dedi... Odur ki, AYNA... məsələ marşrut xəttlərini satmaqda, taksiləri sıxışdırmaqda deyil... İş əgər vətəndaşın marağına xidmətdirsə, bu tıxaclarda tarıma çəkilən əsəbləri soyutmaq üçün DÖVLƏTİ MÜDAXİLƏ MÜTLƏQDİR..."