İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                 

Nə yeyirik... Bizə nə yedirirlər.... - ARAŞDIRMA
Tarix: 19-08-2024, 00:09 | Çap et
Nə yeyirik... Bizə nə yedirirlər....
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə ölkə üzrə 310 müəssisədə monitorinq aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən mətbuata verilən məlumata görə, həmin müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilərkən 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumilikdə 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Məlum məsələdir ki, dönər sağlam qidalar siyahısında deyil. O da faktdır ki, heç kim bu günə kimi “dönər faydalıdır” deməyib. Əksinə, həmişə dönərin faydasız, hətta ziyanlı qida olduğu vurğulanıb. Üstəlik, yararsız at, eşşək, ölmüş heyvan ətlərinin ən çox istifadə edildiyi yer də məhz ucuz, keyfiyyətsiz dönərxanalardır. Necə deyərlər, gecə qara, cücə qara...

Amma yoxlama aparılan 310 müəssisədən sadəcə birinin qənaətbəxş hesab edilməsi həddən artıq acınacaqlı mənzərədir. Bu o deməkdir ki, dönərxanaların 99.99 faizində ən azından anti-sanitariya vəziyyəti hökm sürür. Yəni, işdə, istirahətdə, ümumiyyətlə hər hansı bir yerdə acarkən çoxumuzun ilk olaraq üz tutduğu qida özümüzün də xəbərimiz olmadan bizi zəhərləyir. Elə bunun nəticəsidir ki, vaxtaşırı haradasa dönərdən kütləvi zəhərlənmə xəbərləri ilə üzləşirik.

Və ən maraqlısı odur ki, bu dönərxanalar lisenziya, gigiyenik uyğunluq sertifikatı və s. alaraq fəaliyyətə başlayıblar. Görəsən, bu cür anti-sanitariya şəraitində fəaliyyət göstərən dönərxanalar lisenziyanı, sertifikatı necə alıblar və bu müddətdə necə fəaliyyət göstəriblər...

Maraqlıdır, illərdir problemlərdən qurtula bilməyən, xəstəlik yuvasına çevrilmiş dönərxana faciəsini necə aradan qaldırmaq olar? Bu sahəni qaydaya salmağın yolları nədir? Həmçinin, istehlakçılar bu problemlə qarşılaşanda (zərər çəkəndə) nə etməlidir?


Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, dönərxanalar ölkəmizdə ciddi problemə çevrilib. Onun sözlərinə görə, 1 manat, 1 manat 50 qəpiyə olan dönərlər sözsüz ki, təhlükəlidir: “Mən AQTA-da İctimai Şuranın üzvü olarkən dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, nümunəvi dönərxana yaradaq. Təbliğ edək ki, digərləri də ona oxşasın. Amma bu təklifim nəzərə alınmadı. Ona görə də vəziyyət getdikcə pisləşir”.

Müsahibimiz bildirir ki, ölkədə istənilən ətin satışına heç bir məhdudiyyət yoxdur: “Sizin sayt vasitəsilə çağırıram ki, Nazirlər Kabineti qərar qəbul etsin, ənənəvi olmayan ətlərin satışı qadağan edilsin. Sadəcə olaraq qanun belədir ki, hansı əti satırsan sat, üstündə nə əti olduğu bildirilsin. Bazarın bu seqmentinin təmizlənməsində, at, eşşək ətinin, ölmüş heyvan ətlərinin satışını ifşa etməkdə qurum fəal işləməlidir. Cəmiyyət bu işləri dəstəkləyir. Təəssüf ki, onlar da susublar. Amma bilirik ki, bu ətlərdən bəzi dönərxanalarda istifadə edilir. Lakin dönərxanalarda elə kağızlar, elanlar asılır ki, guya hər şey öz qaydasındadır”.

AİB sədrinin sözlərinə görə, zəhərlənmə səbəbləri təkcə ətlə bağlı olmur. Mayonezlər və digər inqrediyentlərlə də bağlı ola bilir: “Mayonezlərin saxlanma müddəti 5 saatdan artıq deyil. Dönər bu gündən sabaha qaldısa, o artıq çirklənmiş mal olur. Onu soyuducuda saxlasan da insanı zəhərləyə bilər. Dönərxanalarda AQTA ciddi iş aparmalıdır. Və vəziyyəti dəyişdirmək üçün işlər görməlidir”.

Müsahibimiz təklif edir ki, istehlakçılar bu cür problemlərlə qarşılaşdıqda qaynar xətt vasitəsilə AQTA-ya məlumat versinlər, sağlamlıqlarına zərər dəyəndə isə AİB-ə yazılı ərizə ilə müraciət etsinlər.

Görəsən, həmin dönərlər insanların sağlamlığına hansı zərərləri vurur? Hansı xəstəlikləri yaradır?


Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirib ki, istər mal əti, istərsə də toyuq əti düzgün emal olunmadıqda tərkibində olan bir çox infeksiyalar, xüsusilə də heyvandan insana keçə bilən infeksiyalar qalır. Bu problem bir çox hallarda mədə-bağırsaq traktının zədələnməsinə gətirib çıxarır: “Qastrit (mədənin selikli qişasının iltihabı, qıcıqlanması və ya aşınması - red.) duodenit ( Onikibarmaq bağırsağın iltihabı xəstəliyi – red.), ezofaqit (qida borusunun iltihabı – red.) kimi xəstəliklərin kəskinləşməsinə səbəb olur. Eyni zamanda orada həddən çox durmuş yağların olduğunu bilsək, xolesterin mübadiləsinin pozulduğunu görərik. Bu da ürək-damar xəstəliklərinə yol açır. Və damarların xolesterinlə tıxanması gələcəkdə miokardın infarktına və insulta gətirib çıxarır”.

Doktor bildirib ki, dönərlər “fast food” siyahısında olsa da çox ağır həzm olunan qidadır. Çünki tərkibində ətdən savayı yağlar, turşular, tomat, ketçup, mayonez olur. Və ketçupla mayonez bir-biri ilə reaksiyaya girməyən kimyəvi maddələrdir. Onların da hər hansı bir çörəyə və ya lavaşa bükülüb yeyilməsi insan orqanizmində çox ciddi enerji tələb edir: “Lakin təəssüf ki, dönərxanaların əksəriyyəti bəsit sanitar-gigiyenik tələblərə uyğun gəlmir. İstifadə etdiyi ətlər çox ciddi bir şəkildə yoxlanılmır. Buna görə də onların istifadəsi sağlamlığa zərər vurur. Bu problemə xüsusilə toyuq dönərlərində rast gəlinir. Çünki bir çox xəstə quşların, heyvanların müəyyən antibiotiklərin, hormonal dərmanların istifadəsindən sonra kəsimləri baş verir. Və nəticədə o dərmanlar həmin ətlərin, dönərlərin tərkibində olduğu müddətdə çox da məhv olmur. Çünki dönər bişirildiyi zaman onun üst təbəqəsi qızarılır, amma həmin dərmanlar şirə şəklində üstünə axır. Nəticədə bu şirə həmin çörəyə və ya lavaşa batırılaraq təkrar insanlara yedirilir”.

Doktor tövsiyə edib ki, bütün bunlara görə mənşəyi məlum olmayan yerlərdən, xüsusilə “fast food” qidalarından istifadə etməsinlər. Sanitar-gigiyenik qaydalara riayət olunmayan yerlərdə heç bir qidadan istifadə etməsinlər. Həmin qidaların qəbulundan sonra hər hansı bir narahatçılıqları aşkarlanarsa, mütləq həkimə müraciət etsinlər.

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru