Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib .....                     Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” .....                     Xalq artistimiz yenə də GÜL VURDU... .....                     "Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam" .....                     “TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... .....                     “Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar .....                     Ruben Vardanyanın həbs müddəti uzadılıb .....                     Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... .....                     Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu .....                     "Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." .....                     “Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” .....                     Sülh sazişi imzalanır, Zəngəzur isə... .....                     “Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” .....                     ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı .....                     "Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." .....                     Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı” .....                     Professorun 47 yaşlı oğlu qəfildən öldü .....                     Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? .....                     Makronun BAKI TƏLAŞI... .....                     Bu halda müavinət hansı məbləğdə ödənilir... .....                     İsveçrə ermənilərdən alət kimi istifadə edir .....                     122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər .....                     Azərbaycan səhiyyəsinin `ölüm korpusu`: TƏHLÜKƏLİ ÜÇLÜK... .....                     Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır? .....                     Vaşinqton qəbul edir ki, sülh müqaviləsi COP29-la əlaqəli deyil... .....                     Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır .....                     26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir? .....                     `Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... .....                     `Atena` müştərisini az qala zəhərləyəcəkdi... .....                     Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib .....                     Ermənistanın Rusiyanın gözünə kül üfürmək istəyir .....                     Bərdə sakininin başına oyun açdılar .....                     “Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” .....                     Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub .....                     “Qara delfin”dən gələn yalvarış: .....                     Putin Cənubi Qafqazı İrana “verdi” .....                     “Dörd Qardaş” MTK məhkəməni də saya salmır... .....                     Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir .....                     Bu dövlət qurumları ləğv edilir .....                     Baş nazirin çin olmayacaq arzuları .....                 

Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? - Təyinat seçkidən sonrayadır...
Tarix: 27-07-2024, 08:55 | Çap et
Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK?
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun geri çağırılacağı və Şuşadan parlament seçkilərinə qatılacağı haqda informasiyalar təsdiqləndi. Əvvəl bəlli oldu ki, P.Bülbüloğlunun “Novoyevremya.com” saytına müsahibə verib və deyib ki, şuşalılar onu deputat seçəcəyi təqdirdə, onların etimadını doğrultmaq üçün hər şey edəcək.

“Şuşadan deputat olmaq böyük şərəfdir” deyən Xalq artisti namizəd olub-olmadığı haqda ümumiyyətlə danışmayıb, sadəcə, jurnalistin Şuşadan deputat olması ilə bağlı sualını cavablandırıb. Ancaq tezliklə məlum olub ki, bu sadəcə istək deyil, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasına artıq müvafiq sənədləri təqdim edib.

Bu xəbər Rusiyaya səfir postuna göndəriləcək namizədlər haqqında müzakirələrə də yol açıb. Məlumatda iddia olunur ki, bu strateji posta YAP-ın namizəd seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanır.

Yada salaq ki, ötən həftə Şuşada keçirilən Beynəlxalq Media Forumda Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə də suala cavab verib. Prezident öncə deyib ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir: “Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən, gündəlik çox geniş olsa da, - siz, əlbəttə, gündəliyə hamıdan daha yaxşı bələdsiniz, - düşünürəm ki, yenə də ön plana çoxtərəfli əməkdaşlıq məsələləri çıxır. Çünki prinsip etibarilə, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.

Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Lakin bir çox başqa mövzular da var. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir".

Azərbaycanın Qarabağda suverenliyini tam bərpasından və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Prezident də deyir ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.

Rusiya ilə əlaqələrin indiki səviyyəsi diplomatik korpusda hansı dəyişiklikləri zəruri edir? Ümumiyyətlə, Rusiya kimi strateji ölkəyə səfir təyinatında hansı prinsiplər əsas götürülür?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Polad Bülbüloğlu deputat seçiləcəyi halda onun diplomatik fəaliyyəti sonlandırılacaq. Politoloqun fikrincə, onun yerinə uyğun bir namizədin müəyyən edilməsi prosesi gedir: “Azərbaycan və Rusiya arasında münasibətləri və 200 ildən artıq əlaqələri nəzərə alsaq təbii ki, Moskvaya göndəriləcək şəxs bir çox məsələlərlə bağlı xüsusi keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin səfir həmin ölkəni yaxşı bilməlidir, Rusiya cəmiyyətində, xüsusən də elitasında ona qarşı müsbət münasibət olmalıdır. Həmin şəxs Rusiya siyasi mədəni və iqtisadi elitası ilə çox effektiv əlaqələr qurmağı, Rusiya mediası ilə işləməyi, azərbaycanlılarla sıx əlaqələr qurmağı bacarmalıdır. Təbii ki, eyni zamanda, ölkə Prezidentinə çox yaxın və sadiq şəxs olmalıdır. Azərbaycan və Rusiya münasibətləri hal-hazırda müttəfiqlik münasibətləri səviyyəsindədir. Ona görə də bu cür ölkələrə adətən Prezidentə yaxın hesab olunan şəxslər səfir göndərilir. O baxımdan bir daha qeyd edirəm, səfir peşəkar diplomat olmalıdır, Rusiya mühitini və cəmiyyətini çox yaxşı tanımalıdır və özü də orada tanınmalıdır, qəbul edilməlidir, iki ölkə arasında bütün sahələrdə inkişafa töhfə verə biləcək addımları atmaq keyfiyyətlərinə malik şəxs olmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Bu gün, 10:26
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Bu gün, 10:26
Xalq artistimiz yenə də GÜL VURDU... - VİDEO
Bu gün, 10:15
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Bu gün, 10:13
“TK Travel” şirkətinin rəhbəri İTTİHAM OLUNUR... - "Buna görə mənə 15 800 manat ziyan dəydi..."
Bu gün, 10:06
“Freedom House”dan yenə qərəzli hesabat, yenə absurd iddialar - Qərbin bütün resursları Azərbaycana qarşı...
Bu gün, 10:03
Ruben Vardanyanın həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 10:01
Qalmaqallı Rüstəm Şahbazov nə qanun bilir, nə qayda... - NARAZILIQ VAR...
Bu gün, 09:59
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu - LBCI xəbər portalı
Bu gün, 09:45
"Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub..." - AMEA-da 37-ci il AB-HAVASI...
Bu gün, 09:39
“Paşinyan Ərdoğanla “Zəngəzur” yox, “Orta dəhliz” haqda razılığa gələcək...” - “Hraparak”
Bu gün, 09:33
Sülh sazişi imzalanır, Zəngəzur isə... - Son şərtlər də qəbul edildi
Bu gün, 09:31
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir” - Qaqik Melkonyan
Bu gün, 09:30
ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı - Rusiya “bitib” dedi
Bu gün, 09:28
"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." - İLGİNC FAKTLAR
Bu gün, 09:23
Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”
Bu gün, 09:19
Professorun 47 yaşlı oğlu qəfildən öldü
Bu gün, 09:18
Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var? - ETİRAZ
Bu gün, 09:15
Makronun BAKI TƏLAŞI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Bu halda müavinət hansı məbləğdə ödənilir... - Ekspert danışır...
Bu gün, 09:08
İsveçrə ermənilərdən alət kimi istifadə edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:04
122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər - Petr Çernik
Bu gün, 09:02
Azərbaycan səhiyyəsinin `ölüm korpusu`: TƏHLÜKƏLİ ÜÇLÜK... və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 08:57
Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır? – Əsas səbəb
Bu gün, 08:54
Vaşinqton qəbul edir ki, sülh müqaviləsi COP29-la əlaqəli deyil... və Azərbaycanı tələsdirmək mümkünsüzdür
Bu gün, 08:53
Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır – Büdcə artırıldı, cavab tədbirlərinə başlandı
Bu gün, 08:48
26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 08:46
`Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... QANUNİDİRMİ?
Bu gün, 08:42
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
Bu gün, 08:36
Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib - BU NƏDİ BELƏ?!
Bu gün, 08:29
Ermənistanın Rusiyanın gözünə kül üfürmək istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:26
Bərdə sakininin başına oyun açdılar - TƏFƏRRÜAT
Bu gün, 08:23
“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” - NƏ ETMƏLİ?
Bu gün, 08:14
Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO
Bu gün, 08:11
“Qara delfin”dən gələn yalvarış: - “Allahdan sonra bütün ümid sənədir”
Bu gün, 07:15
Putin Cənubi Qafqazı İrana “verdi” – Surenyants
Bu gün, 07:04
“Dörd Qardaş” MTK məhkəməni də saya salmır... - FAKT BUDUR!
Bu gün, 07:02
Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
Bu dövlət qurumları ləğv edilir - AKTUAL
Bu gün, 03:24
Baş nazirin çin olmayacaq arzuları – Xəyali layihədən 10 milyard dollar...
Bu gün, 03:18
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:17
Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Cəbrayılda 93 evin tikintisi 15 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Milyardla dollara amnistiya gəlir? - "Yolu bundan keçir"
Dünən, 19:02
Azərbaycan-Ermənistan danışıqları: - Problemlər “3+3” formatında müzakirə mövsuzu ola bilər
Dünən, 19:00
Azərbycanda şirkət müflis olduğunu elan etdi
Dünən, 18:56
Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:06
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?
Dünən, 18:03
"Suriyada yeni humanitar böhran baş qaldırır" - NRC
Dünən, 18:01
Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi – Abovyan
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru