İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb
Tarix: 27-07-2024, 08:46 |
Çap et
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.
Şöbədən Dia-az.İnfo-ya verilən məlumata görə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.