Dəmir yollarında YÜNGÜLVARİ YEYİNTİ... - Dövlət malı bir dəryadır... bitəsi deyil ki...
Tarix: 25-06-2024, 18:03 |
Çap et
Şəkildə gördüyünüz bu adam çox əliaçıqdır... Hətta ondan əvvəl Azərbaycan Dəmir Yolları-a rəhbərlik edən Cavid Qurbanovdan da səxavətlidir... Çünki... 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində məhz onun tapşırığı ilə bir neçə xanım əməkdaşa “Toyota Carolla” markalı avtomobillər verilib. Həmin qadın əməkdaşları də məhz sədrin özü seçmələyib ki, kimə veriləcək... kimə yox...
Bu zəbər yayılandan sonra ADY-nin açıqlaması - CAVAB REAKSİYASI YAYILIB... Diqqət edin... Məsələ sizə də aydın olacaq...
Cavabda deyilir: “Qeyd olunan iddialar tam əsassızdır. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib.
Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir”.
Yəni deyir xəbər yalandır... Amma təzə maşın da vermişik...
Nə deyirik... DAĞIDIN DÖVLƏTİN MALINI... bildiyiniz kimi....
Orxan - Dia-az.İnfo