Əsas Səhifə > Üst manşet / Güney Press > Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİBBu gün, 06:22 |
Dövlət Turizm Agentliyinin əsas vəzifəsi Azərbaycanı beynəlxalq turizm bazarında layiqincə təmsil etmək və ölkəyə kütləvi turist axını təmin etməkdir. Lakin qurumun fəaliyyəti real nəticələrdən çox, yalnız kağız üzərindəki hesabatlardan, mənasız sərgilərdən və böyük büdcələrin hədəfə dəyməyən xərclərindən ibarətdir. Dünyanın aparıcı turizm platformalarında Azərbaycanın tanıdılması istiqamətində həyata keçirilən tədbirlər sistemsizdir, plansızdır və heç bir marketinq məntiqinə sığmır. Ölkənin turizm potensialı düzgün təqdim olunmadığı üçün turistlər sadəcə təsadüfi səfərlərlə gəlir və uzunmüddətli maraq yaradılmır. Agentliyin rəhbərliyi və strukturu müasir qlobal turizm tendensiyalarından tamamilə xəbərsizdir. İnnovativ yanaşmaların tətbiq edilməsi, yeni turizm marşrutlarının açılması, regionların turizm potensialının canlandırılması istiqamətində real addımlar atılmaq əvəzinə, köhnəlmiş sovet üslublu idarəetmə metodlarına üstünlük verilir. Regionlarda turizm infrastrukturu bərbad vəziyyətdədir-yollar, ictimai iaşə obyektləri, sanitar qovşaqlar və informasiya mərkəzləri beynəlxalq standartlardan çox uzaqdır. Bütün bunlara görə birbaşa məsuliyyət daşıyan Dövlət Turizm Agentliyi isə mövcud problemləri görməzdən gələrək sadəcə statistika manipulyasiyası ilə məşğuldur. Agentlik yalnız xarici bazarda deyil, daxili turizmin tənzimlənməsində də tamamilə fiaskoya uğrayıb. Ölkə daxilində istirahət qiymətlərinin süni şəkildə astronomik rəqəmlərə qaldırılması, hotellərin və istirahət mərkəzlərinin vətəndaşları soydurması qarşısında qurum susqunluq nümayiş etdirir. Azərbaycan vətəndaşları öz ölkələrində dincəlmək əvəzinə qonşu ölkələrə üz tutmağa məcbur qalırlar, çünki Dövlət Turizm Agentliyi yerli bazarda sağlam rəqabət mühiti yarada bilmir, qiymət və xidmət keyfiyyətinə heç bir effektiv nəzarət həyata keçirmir. Vətəninfo.az Geri qayıt |