Əsas Səhifə > Üst manşet / Güney Press > Daha bir TENDER HOQQABAZLIĞI

Daha bir TENDER HOQQABAZLIĞI


Bu gün, 06:35

Azərbaycan Tibb Universiteti Tədris İdman Kompleksinin üzgüçülük hovuzunun əsaslı tikinti-təmirinə dair layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə tender müsabiqəsini yekunlaşdırıb.

32gun.az-ın məlumatına görə, satınalmanın qalibi "GLOBAL ENGINEERING MANAGEMENT COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Tərəflər arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 58.292 AZN təşkil edir.

Nizamnamə kapitalı 5000 AZN olan qalib cəmiyyətin rəhbərliyində müxtəlif illərdə Ömər Rüstəmli və Mərahim Ələkbərov kimi şəxslər təmsil olunsa da, şirkət Yunis Sahib oğlu Şükürlüyə məxsusdur.
Yunis Şükürlü Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovun oğludur. Mətbuatda gedən məlumatlara görə, hazırda onun 23 yaşı var.

Geri qayıt