Əsas Səhifə > Üst manşet / Güney Press > "Budaqov bunu sizin üçün həll etməyəcək axı..."
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..."Bu gün, 05:45 |
"Nəsimi rayonunda 1 ildə az qala üç icra başçısı dəyişdilər. Nəhayət Tahir Budaqov bu rayona başçı qoyuldu. Bu da nəticələrdən biri..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ədil Hüseynli qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında, yeni metro stansiyasının qarşısındakı hündürmərtəbəli binanın sakinləri şikayət edib ki, binanın qarşısında əlavə qurğu və dəmir konstruksiya quraşdırılıb.
Məsələnin ən diqqətçəkən tərəfi həmin konstruksiyanın sakinlərdən birinin metroya baxan pəncərəsinin qarşısını bağlamasıdır. Yəni bir vətəndaş öz mənzilində pəncərədən normal istifadə etmək imkanından məhrum edilir. Bununla da məsələ bitmir. Sakinlərin sözlərinə görə, binaya verilən qazı paylayan qurğu da əvvəlki yerindən çıxarılaraq qonşunun girişinin pilləkən hissəsinə yerləşdirilib. Bir sakinin pəncərəsi bağlanır. Digər sakinlərin gediş-gəlişinə maneə yaranır.
Yəqin ki, bu problem aradan qaldırılmayacaq. Çünki bu işə bu qədər xərc çəkənlər öncədən öz işlərini görüblər... Sadəcə elə belə şəkillərin paylaşaq ki, sakinlərin ürəyincə olsun. Sadəcə baxın, cənablar, həll olunacağına inanmadan baxın. Tahir Budaqov sizin üçün bu problemi həll edəndir? İşi gücü başından aşır..."
Geri qayıt |