Əsas Səhifə > Üst manşet / Güney Press > Neft hasilatı azalır, məmur kefindən qalmır

Neft hasilatı azalır, məmur kefindən qalmır


Bu gün, 06:52

"Azərbaycanda neft hasilatı ildən ilə azalır... Bu təbiidir..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında Cavid Nağıyev adlı SOCAR işçisi qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Çünki yeni yataqlar kəşf olunmur, lay təzyiqi aşağı düşür, neft layları sulaşır, qazma azdır, yeni qazılan quyular proqnozlaşdırılan hasilatı vermir və digər başqa səbəblər... Lakin bununla belə SOCAR-ın baş ofisində rəhbər işçilərin sayı artır... yeni şöbələr, departamentlər yaradılır, vitse prezidentlər, onların müavinləri, müşavirləri, köməkçiləri... Onlara da yüksək maaş, peşəkarlıq pulu, əlavə bonusları, bahalı xidməti maşınlar...

 Əgər hasilat azalırsa, deməli, gəlir də azalır! Belə olan halda bu qədər əlavə ştatlara ehtiyac olmur... Dünyanın aparıcı neft şirkətlərində bu qədər ştatlar yoxdur. Hansı ki onlar SOCAR-dan dəfələrlə çox neft-qaz hasil edirlər..."

.

.

.

Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...


Geri qayıt