|
"Hörmətli Kapital Bank, nə üçün xidmət səviyyəniz bu formada bərbaddır?.." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra bildirir:
"•Taksit kartı xüsusi səbəb olmadan məhdudlaşdırılıb. • 22 avqust sorğu yaradılıb və 3 iş günü ərzində nəticənin çıxacağı bildirilib. • 5 iş günü artıq bitdi, amma nəticə yoxdur və banka yaxınlaşdıqda heç bir köməklik göstərilmir. "Call center" və çat bölmənizdə standart eyni cavab verir ki araşdırılma davam edir. Bəs nə üçün fəaliyyət göstərirsiniz, işinizin adı nədir sizin? Eyni standart cavab vermək əvəzinə problemi həll etməyə çalışasınız, bəlkə?.."


Geri qayıt
|