Əsas Səhifə > Üst manşet / Güney Press > Abşeronneft-də durum DAHA BETƏRDİR

Abşeronneft-də durum DAHA BETƏRDİR


Bu gün, 07:30

Xəbər verdiyim kimi, 22.08.2026 tarixində SOCAR AQŞ-nin işçisi Abbasov Nizami Qərbi Abşeron yatağı, 50-ci platformada yük qaldırıcı qurğunun onun üzərinə aşması nəticəsində faciəli surətdə həlak olub. "DİA-AZ" xəbər verir ki, bu müəmmalı ölüm hadisəsi son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Maraqlı gəldiyindən SOCAR işçisi Xanhüseyn Gözəlovun rəyini təqdim edirik: " “Abşeronneft“ Neft Qaz çıxarma idarəsinin digər özüllərində vəziyyət daha acınacaqlıdır. 50 saylı özül digərlərimə baxdıqda nisbətən yaxşıdır. Bütün avadanlıqlar köhnə olduğu halda təzə adı altında quraşdırılır. Sonra da deyirlər Balaəli Cəfərov fəhlənin dostudur. Sat, ye, dağıt... Qohumlarına açılmış trol profillərlə yazdır ki, fəhlənin dostuyam. Bir dostluğun ki, sonu fəhlənin həyatı bahasına başa gəlir, orda məsələnin nə yerdə olduğu bəllidir.  

Ürək ağrısı ilə bildirmək isyəyirəm ki, bu hələ son deyil. İnsan həyatına bu qədər etinasız yanaşmaq olmaz. Məsul şəxslər mütləq cəzalanmalıdır ki, digərlərinə dərs olsun..."


Geri qayıt