Əsas Səhifə > Üst manşet / Güney Press > Onkologiya Mərkəzinin TENDER HOQQASI

Onkologiya Mərkəzinin TENDER HOQQASI


Bu gün, 06:38
Milli Onkologiya Mərkəzi “Azəri Med” MMC ilə 50 milyon 320 min manatlıq satınalma müqaviləsi imzalayıb. "DİA-AZ" xəbər verir ki, müqaviləyə əsasən, şirkət Mərkəzə müayinə aparatları, kondisionerlər, çarpayılar, əməliyyat masaları və s. avadanlıqlar satmalıdır.
Bu, Milli Onkologiya Mərkəzi ilə “Azəri Med” arasında təkcə son iki ayda ikinci belə irihəcmli satınalma müqaviləsidir. İyulda tərəflər arasında 34 milyon 961 min manatlıq müqavilə imzalanıb. Bu satınalma müqaviləsinə əsasən, şirkət Mərkəzi həkim xalatından tutmuş, laboratoriya materialları, sarğı ləvazimatları, yod, spirt, dərman preparatlarına qədər müxtəlif məhsul və ləvazimatlarla təmin etməlidir.
Azərbaycanda onkologiya sahəsində statistik göstəricilər dəyişir, bu xəstəliyə tutulanlar və ölənlərin sayı ilbəil artır. İllərdir dəyişməyən isə bu Mərkəzin onmilyonlarla dəyərində tenderlərinin qalibinin “Azəri Med” şirkətinin olmasıdır.
Son iki ayda Milli Onkologiya Mərkəzi ilə 85 milyon manatlıq iki müqavilə bağlayan şirkət 2025-ci ilin mayında da elə bu qurumun 36 milyon manatlıq tenderini qazanmışdı. Bundan düz bir il öncə - 2024-cü ilin mayında da Milli Onkologiya Mərkəzi 29 milyon 829 min manatlıq tenderi “Azəri Med”ə verib.
Bununla bağlı daha geniş araşdırma materialımız olacaq... Bizi izləməyə davam edin...

Geri qayıt