Əsas Səhifə > Üst manşet / Güney Press > Sakinlər başçıdan kömək istədilər
Sakinlər başçıdan kömək istədilərBu gün, 08:38 |
![]() Siyəzən rayon sakini Həzi Aslanov ev
4 ünvanında yaşayan Əliyev Zamiq Qüdrət
oğlu tərəfindən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzova müraciət ünvanlanıb.
Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Hörmətli Novruz müəllim. Siyəzən şəhərinin Həzi Aslanov küçəsində yerləşən işıq dirəklərindəki lampaların bir qismi sıradan çıxdığından, xüsusilə axşam və gecə saatlarında ərazi kifayət qədər qaranlıq olur.
Bu vəziyyət küçədən istifadə edən sakinlər üçün müəyyən narahatlıq yaradır və təhlükəsizliyin təmin olunmasına mənfi təsir göstərir.
Bununla əlaqədar olaraq, Həzi Aslanov küçəsində mövcud işıqlandırma dirəklərinin və lampaların vəziyyətinin yoxlanılmasını, sıradan çıxmış lampaların yeniləri ilə əvəz olunmasını və küçə işıqlandırmasının normal vəziyyətə gətirilməsini xahiş edirəm..."
Geri qayıt |