Əsas Səhifə > Üst manşet / Güney Press > SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ
SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜBu gün, 07:37 |
|
NHMT sədri yazır: "Aldığım məlumata görə bu gün (dünən) saat 15.00-da SOCAR AQŞ-nin işçisi, çilingər peşəsində çalışan Abbasov Nizami Qərbi Abşeron yatağı, 50-ci platformada yük qaldırıcı qurğunun onun üzərinə aşması nəticəsində faciəli surətdə həlak olub". Qeyd edək ki, hadisə barədə rəsmi mənbələr - SOCAR başda olmaqla susur. Halbuki hadisənin üstündən bir gündən artıq vaxt keçib. Allah rəhmət eləsin. Burda açıq-aşkar aydındır ki, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Qaydaları pozulub və rəhbərliyin cəzalanması mütləqdir. Bu isə həbslərin olmasını zəruri edir. Çünki ortada ölümə səbəb olma faktı var. Aydındır ki, əgər müdiriyyət tələb olunan təhlükəsizlik tədbirlərini görsəydi, bu ölüm baş verməzdi... Geri qayıt |