Əsas Səhifə > Üst manşet / Güney Press > Bunlara bir nəzarət edən olsaydı...

Bunlara bir nəzarət edən olsaydı...


Bu gün, 07:12

"13 avqust tarixində 1 illik telefon kreditimin bütün borcunu vaxtından əvvəl tam şəkildə ödəyərək bağlamışam. Əlimdə ödənişin edildiyini sübut edən rəsmi qəbzim də var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Buna baxmayaraq, borcu tam bağlamağımdan 6 gün sonra — 19 avqust tarixində şəxsi telefonumu uzaqdan QANUNSUZ OLARAQ BLOKLAYIBLAR!
​Problemlə bağlı əlaqə saxladıqda isə Lalə xanım adlı operator hüquqlarımı bilmədiyimi düşünərək telefonun açılması üçün məndən əsassız yerə əlavə 24 AZN ödəniş tələb etdi! Bir vətəndaş olaraq qanuni hüquqlarımı bildiyimi dedikdə isə məsələni uzadıb "Sizinlə əlaqə saxlanılacaq" deyərək yola verməyə çalışdı.
​Borcumu vaxtında tam ödədiyim halda öz texniki xətalarına görə məndən niyə əlavə pul tələb olunmalıdır və şəxsi əmlakım niyə bloklanmalıdır?
13 avqust tarixində 1 illik telefon kreditimin bütün borcunu vaxtından əvvəl tam şəkildə ödəyərək bağlamışam. Əlimdə ödənişin edildiyini sübut edən rəsmi qəbzim də var.
​Kredit tam ödənildikdən sonra həmin cihaz mənim xüsusi mülkiyyətim sayılır. Şirkətin öz texniki xətası ucbatından mənim şəxsi mülkümə əl qoymağa və əsassız pul tələb etməyə hansı haqqı və hüquqi əsası var?.."



Geri qayıt