Əsas Səhifə > Üst manşet / Güney Press > Tibbimiz Ucarda HOQQA VERİR...

Tibbimiz Ucarda HOQQA VERİR...


Bu gün, 01:44
"Ucar xəstəxanası tibbin yeni “sürətli xidmət” modelinə keçib..." "DİA-AZ" xəbər verir ki, bu iddianı səsləndirən jurnalist Nizami Rəsulov ilginc faktları açıqlayıb.
"Ay TƏBİB, sən nə edirsən?" deyə sual edən jurnalist daha sonra fikrini belə davam etdirir:
"Deməli belə. Ucar Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi iddia olunan vəziyyət, yumorla desək, səhiyyədə yeni bir “innovativ xidmət” modelinin tətbiq olunduğunu düşündürür: xəstə gəlir, həkim baxmadan diaqnoz qoyur, müayinələr isə kağız üzərində tamamlanır.

Məlumata görə, xəstəxanaya müraciət edən şəxsin heç bir tibbi müayinədən keçirilmədiyi halda ona guya bütün müayinələrdən keçdiyini göstərən arayış təqdim olunub.Burada istər-istəməz sual yaranır: Müayinə edilməyən xəstənin diaqnozu necə müəyyənləşdirilib?
Görəsən, Ucar Rayon Mərkəzi Xəstəxanasında həkimlərin yeni bir “uzaqdan diaqnostika” sistemi var? Xəstə kabinetə daxil olmadan analizlər hazır, müayinələr tamam, diaqnoz isə cibdə?
Əgər iddia doğrudursa, məsələ heç də gülməli deyil..."

Geri qayıt