|
""Kapital Bank"a müraciət edirəm: Mən sizin müştəriniz deyiləm. Artıq neçə dəfə bunu bildirməliyəm?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Dinara Davidova adlı sosial şəbəkə istifadəçisi qeyd edib.
O daha sonra bildirir: "Bəsdir artıq, dayandırın! Mən hər dəfə məlumatlarımın yoxlanılmasına razılıq vermirəm və imtina edirəm, amma siz yenə də gün ərzində bir neçə dəfə məlumatlarımı sorğulamaq istəyirsiniz. Artıq kifayətdir! Məlumatlarımı sorğulamağı dayandırın!.."
Geri qayıt
|