Əsas Səhifə > Üst manşet / Güney Press > "Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..."

"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..."


Bu gün, 09:45

"SOCAR sahə üzrə məsul şəxslər... Bir il yarımdır ki, eyni problem... belə ərizələrin sayı yüzlərlədir. Bədəli isə yəqin ki ağır olacaq! Tezliklə olar inşallah!.." "DİA-AZ" xəbər verir ki, bu qeydlərin müəllifi olan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra Azəriqaz İB-də çalışan Məmmədov Rəfail adlı işçinin gileyini də ictimailəşdirib.
Həmin işçi müraciətini olduğu kimi təqdim edirik: "17 ildi Siyəzən rayon Qaz idarəsində işləyirəm. Test üsulu ilə keçirilən imtahanda 25 suala cavab vermişəm, keçid 21 olduğu halda... Dəfələrlə region rəisi və baş mühəndisin qəbulunda olmuşam Siyəzəndə rayonunda çilingər peşəsində işləmək üçün. Mənə isə baş mühəndis və regionun rəisi bildirib ki, imtahandan keçməyin şərt deyil, adamına de ki Xəqani Bəşirliyə desin, o da sənə ştat versin... qalan nə varsa, biz həll edirik...
Mən isə demişəm ki cənab Prezidentə, vitse-prezidentə, Prezidentin vətəndaş qəbuluna, ombudsmana məktublarım var. Onlar isə deyirlər ki adamına de. Mənim isə elə bir adamım yoxdur, buna baxmayaraq məni işdən azad eləyiblər. Bununla əlaqədar isə şirkətin baş ofisində Aqil müəllimin qəbulunda olmuşam. Şirkət prezidentinin adına məktub yazmışam, bir neçə müddətdən sora məni baş ofisə çağırıblar kadrlar rəis müavini Telman və Orxan məllim qəbul ediblər və məni dinləyiblər... bununla əlaqədər qəbul otağında Xəqani Bəşirliyə zəng edilib işə qaytarılmağımı xahiş ediblər. Amma buna baxmayaraq heç bir nəticə yoxdur..."

Geri qayıt