Əsas Səhifə > Üst manşet / Güney Press > Kəlbəcərdə narazılıq yaradan KİMDİR?

Kəlbəcərdə narazılıq yaradan KİMDİR?


Bu gün, 07:23
"Kəlbəcər rayonunun Zar kəndində aparılan tikinti işlərinə rəhbərlik edən İldırım adlı şəxsin işçilərlə davranışı və əmək şəraiti ilə bağlı ciddi narazılıqlar var..." "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən rayonun tanınmış simalarından biri olan şair Səxavət Kəlbəcərli özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumatda daha sonra deyilir: "İşçilər ailələrini dolandırmaq, övladlarına çörək pulu aparmaq üçün çalışırlar. Heç bir işçiyə qarşı təzyiq, haqsızlıq və vicdansız münasibət yolverilməzdir. Bildirilir ki, Abbadov Şəhriyar Ayaz oğlu da indiyədək şirkətdən ona çatmalı olan vəsaiti ala bilməyib.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, Zar kəndində aparılan tikinti işlərində işçilərin əmək hüquqlarının qorunmasını, əməkhaqlarının vaxtında ödənilməsini və işçilərə qarşı hər hansı qanunsuz münasibət olub-olmadığını araşdırsınlar.
Əgər göstərilən məlumatlar təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirəm. İnsanların haqqı olan zəhmət haqqını tələb etməsi cinayət deyil onların haqqının vaxtında və tam şəkildə ödənilməsi təmin olunmalıdır.
Xahiş edirəm, məsələ nəzarətə götürülsün və araşdırmanın nəticəsi barədə məlumat verilsin..."
Video BURADA: https://www.facebook.com/share/r/1ETDwGxVRB/

Geri qayıt