Əsas Səhifə > Üst manşet / Güney Press > Burda KORRUPSİYA QOXUSU aşkar duyulur
Burda KORRUPSİYA QOXUSU aşkar duyulurBu gün, 05:44 |
"Siyəzənneft NQÇİ-də fəaliyyətdə olan 9 MQR tipli porşenli nasoslar üçün nəzərdə tutulmuş porşenlərin istismar müddəti ilə bağlı son dövrlərdə müşahidə etdiyimciddi problemə diqqət yetirilməsini xahiş edirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən qurumun işçisi Zamiq Əliyev Dalma Qurğularının Təmiri və Kirayəsi üzrəEksperimental İstehsalat Müəssisəsi rəhbərliyinə ünvanlanmış müraciətində qeyd edir.
Müraciətdə daha sonra deyilir: "Belə ki, qeyd olunan nasoslar üçün istehsal olunan porşenlərin bir qismi istismara verildikdən sonra bəzən cəmi 1 gün, bəzi hallarda 3, 5 və 15 gün ərzində sıradan çıxır. Bu qədər qısa müddətdə porşenlərin yararsız vəziyyətə düşməsi onların materialının, hazırlanma texnologiyasının, mexaniki emalının ümumilikdə istehsal keyfiyyətinin ciddi şəkildə araşdırılmasını zəruri edir.
Porşen kimi nasosun fasiləsiz fəaliyyətinə birbaşa təsir edən mühüm ehtiyat hissəsinin bu qədər qısa müddətdə sıradan çıxması yalnız texniki nasazlıq kimi qiymətləndirilməməli, istehsal və keyfiyyətə nəzarət proseslərinin effektivliyi baxımından da araşdırılmalıdır.
Bu hallar təkrar porşen və digər ehtiyat hissələrinin alınmasına ehtiyac yaranması və nasosların planlaşdırılmamış dayanması və hasilat prosesinin pozulması ən əsası isə SOCAR üçün qarşısı alınmaz əlavə və təkrar maliyyə xərclərinin yaranması deməkdir.
Xüsusilə qeyd edim ki, yeni istehsal olunmuş porşenin cəmi bir neçə gün ərzində sıradan çıxması normal istismar göstəricisi hesab edilə bilməz. Eyni halın təkrarlanması istehsal olunan məhsulun keyfiyyətinə və həmin məhsulun qəbulundan əvvəl həyata keçirilən texniki nəzarət və və keyfiyyətə nəzarət prosedurlarına yenidən baxılmasını zəruri edir
Xahişim odur ki MQR tipli porşenlərin istehsal və keyfiyyət göstəricilərinin araşdırılısın sıradan çıxmış porşenlərin texniki ekspertizadan keçirilsin və nasazlığın konkret səbəbləri müəyyən edilsin və porşenlərin hazırlanmasında istifadə olunan materialın texniki tələblərə uyğunluğunun yoxlanılsın..."
Geri qayıt |