Əsas Səhifə > Üst manşet / Güney Press > Bir uşaq bağçasından bu qədər yazılırsa...
Bir uşaq bağçasından bu qədər yazılırsa...Bu gün, 06:12 |
|
Təhsil sistemimizdə həmişə novatorluqlara imza atılıb, amma bu dəfəki “ixtira” bütün təsəvvürləri alt-üst edir. Faktum.az xəbər verir ki, paytaxt bağçalarının birində baş verənlər nağıllardakı gizli keçidləri, döyüş filmlərindəki maxinasiyaları xatırladır. Demə, tərəqqipərvər bağça rəhbərliyi körpələri yalnız tərbiyələndirmir, həm də onları “pəncərə təxliyyəsi” sınaqlarından keçirirmiş! Söhbət nədən gedir? Bağçada açıq-aşkar qanunsuz biznes imperiyası qurulub. Rəsmi tabellərdə uşaqların sayı bir cür, reallıqda isə tam başqa cürdür. Yoxlama gələn kimi bağça rəhbərliyi operativ müharibə rejiminə keçir: “artıq” uşaqlar, yəni qeyri-rəsmi qəbul edilənlər texniki işçilərin köməyi ilə təcili şəkildə pəncərələrdən həyətə çıxarılır, yoxlamanın gözündən yayındırılır. Görəsən, bu körpələr bağçaya gəliblər, yoxsa kəşfiyyat məktəbinə? Pəncərədən uşaq “evakuasiya eləmək” hansı təlim-tərbiyə proqramına daxildir?
|