Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİKBu gün, 07:59 |
"Bir neçə gün əvvəl Naxçıvanda olarkən Şahbuzdan olan şəhid atalarından biri mənə bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fərid Bağırov nəinki şəhid ailələrini ziyarət etmir, hətta qəbuluna müraciət edən şəhid atasını qəbul etməkdən imtina edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində əslən Naxçıvandan olan şəhid qardaşı Elyar İslamoğlu qeyd edib.O daha sonra müraciətini belə davam etdirir: "Əgər bu məlumat doğrudursa, nazirliyin şəhid ailələri ilə münasibəti və onların problemlərinə yanaşması ciddi suallar doğurur. Belə münasibət dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı prinsipləri ilə uzlaşmır. Şəhid ailələrinin sosial problemlərinin həlli ilə məşğul olan qurumun rəhbərinin bu ailələrin müraciətlərinə xüsusi həssaslıqla yanaşması, onların problemlərini dinləməsi və həlli üçün müvafiq addımlar atması gözlənilir.
Təəssüf ki, yaranan mənzərə nazirliyin rəhbərliyinin şəhid ailələri qarşısında daşıdığı məsuliyyət və vəzifə öhdəliklərini nə dərəcədə dərk etdiyi ilə bağlı ciddi suallar yaradır.
Şəhid ailəsi hansısa dövlət qurumunun qapısında öz probleminə cavab axtararkən dərhal qəbul edilməli, onun müraciətinə diqqətlə və hörmətlə yanaşılmalıdır. Bu sadəcə vəzifə öhdəliyi deyil, həm də şəhidlərimizin xatirəsinə və onların ailələrinə olan mənəvi borcdur.
Həmin qurumun laqeydliyinin ən bariz nümunələrindən birini bir ayağını itirmiş, digər ayağının da yaxın zamanda amputasiya olunacağı gözlənilən Qarabağ veteranı, tanınmış rəssam Şəmsəddin Böyükdüzlüyə münasibətdə gördüm. Onun üzləşdiyi ağır vəziyyətə və sosial problemlərinə göstərilən ögey münasibət bu qurumun öz vəzifə və məsuliyyətinə nə dərəcədə ciddi yanaşdığını açıq şəkildə göstərir..."
Geri qayıt |