Əsas Səhifə > Üst manşet / Güney Press > ADY qatarlarında naməlum QİDALAR
ADY qatarlarında naməlum QİDALARBu gün, 07:06 |
Ajans.az-ın baş redaktoru Tural Müseyibovun sorğusundan sonra, ADY-nin sürət qatarlarında sərnişinlərə təqdim olunan meyvə şirələri ilə bağlı araşdırma davam edir.Məsələ may ayında Ajans.az-ın Baş Redaktoru Tural Müseyibov ADY-nin biznes klass xidmətindən istifadə edərkən üzərində istehsal və son istifadə müddəti göstərilməyən plastik qabda meyvə şirəsi ilə qarşılaşmasından sonra gündəmə gəlib.
Buna baxmayaraq AQTA-dan bildirilib ki, "göndərdiyiniz sorğu anonimdir, müarciətinizdə ad, soyad, yaşadığınız ünvanı qeyd etməlisiniz". Bütün bunlardan sonra Tural Müseyibov məsələ ilə bağlı video çəkərək müraciət edib. Daha sonra AQTA Ajans.az-ın sorğusuna cavab olaraq sərnişinlərin qatarlarda qida təminatını təşkil edən şirkətlərdə araşdırmalar aparıldığını bildirib. Qurum araşdırmalar başa çatdıqdan sonra nəticələrlə bağlı əlavə məlumat veriləcəyini açıqlayıb. Araşdırma zamanı Ajans.az-a məlum olub ki, şirkətin borcu 211 mindən artaraq 214 min 832 manat olub. Digər diqqətçəkən məqam isə şirkətin fəaliyyətinə AQTA tərəfindən rəsmi sertifikat verilib-verilməməsi ilə bağlıdır. Belə ki, PFM Catering 2023-cü ildən ADY-də qida xidməti göstərir. Lakin şirkətin qida təhlükəsizliyi ilə bağlı AQTA tərəfindən rəsmi sertifikatının olub-olmadığı sual olaraq qalır. Maraqlıdır ki, sərnişinlərə qida xidməti göstərən şirkətin fəaliyyəti ilə bağlı bu məsələlər yalnız mediada gündəmə gətirildikdən və AQTA-ya sorğu göndərildikdən sonra araşdırılmağa başlanıb. Geri qayıt |