Əsas Səhifə > Üst manşet / Güney Press > "Qeyri-peşəkar xidmət göstərilir.."

"Qeyri-peşəkar xidmət göstərilir.."


Bu gün, 08:11
"Bank of Baku kartımızdan 250 manat silinib. Bizə bildirdilər ki, araşdırılacaq. Daha sonra karta 100 manat köçürdük, lakin həmin məbləğ də kartda görünmür..." "DİA-AZ" xəbər verir ki bunu özünün sosial şəbəkə hesabında Emin Sarıyev adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Operatorlardan biri əvvəlcə bunun mümkün olmadığını dedi, daha sonra isə başqa operator bildirdi ki, bəzi müştərilərdə də belə hal yaşanıb və yəqin ki, vəsait geri qayıdacaq.
Çox qeyri-peşəkar xidmət göstərilir və hazırda pullarımızın harada olduğu məlum deyil..."

Geri qayıt