Əsas Səhifə > Üst manşet / Güney Press > "Hələ avtobusdakı davaları demirəm..."

"Hələ avtobusdakı davaları demirəm..."


Bu gün, 06:30
"Bəlkə də Zığ Bakının yeganə qəsəbəsi, ərazisidir ki, heç bir Nəqliyyat Mübadilə Mərkəzindən ora avtobus getmir. Cəmi 2 marşrut xətti var və hər ikisinin son dayanacağı "Neftçilər" metrosudur. O boyda ərazinin əhali yükü ancaq bu 2 marşrutun üzərindədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində jurnalist Günay İlqarqızı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Onlardan birindən istifadə etmək heç mümkün deyil, çünki Bakıxanov və Zığdan keçib Hövsana gedir. 44 nömrəli avtobusdan isə sentyabrdan sonra ən yaxşı halda 2-3 avtobus buraxandan sonra istifadə etmək olar. Hələ avtobusun içindəki davaları, gərginliyi demirəm. Bu marşrut xəttini ötən ildən Suraxanıya qədər uzadandan sonra isə vəziyyət daha acınacaqlı hal alıb.
Başa düşürəm, yenidənqurma işləri aparırsınız, amma bunu edəndə insanlara daha rahat alternativlər də təqdim edin. Məsələn, Zığdan 28 May Nəqliyyat Mübadilə Mərkəzinə bir xətt ayırın.
Avtobus xətlərinə 1 avtobus artıq çıxsa, yollar batmaz, amma insanlar bir az da olsa rahatlayar..."

Geri qayıt