Əsas Səhifə > Üst manşet / Güney Press > İcra başçısı XALQ ÇİMƏRLİYİNİ satıb?
İcra başçısı XALQ ÇİMƏRLİYİNİ satıb?Bu gün, 06:22 |
|
Buzovna çimərliyində böyük bir dənizkənarı ərazi hasara alınıb, sakinlərin rahat şəkildə dəniz sahilinə getməsinə maneə yaradılıb. Bu barədə Sitat.info-ya qəsəbə sakinləri məlumat veriblər. Ərazidə apardığımız çəkiliş zamanı məlum oldu ki, hasarlanma işləri həmin ərazidəki "Glam Beach" çimərliyinin sahibi tərəfindən həyata keçirilib.
Obyekt sahibi ilə sakinlər arasında yaranan narazılıqdan sonra hasarlanan ərazinin məftillərlə hörülmüş hissəsindən insanların keçidi üçün dar bir keçid açılıb. Həmin keçid o qədər dardır ki, insanlar ordan əyilərək keçə bilərlər. Təmizlənməyən ərazini isə kol-kos basdığından oranı keçib dəniz sahilinə yaxınlaşmaq elə də asan deyil. "DİA-AZ" xatırladır ki, Xəzər rayonuna Elşən Salahov rəhbərlik edir və kifayət qədər işbaz icra başçısı kimi tanınan yoldaş Salahov qısa müddətdə adını oliqarx məmurların siyahısına yazdırmağa da müvəffəq olub. İndi kim iddia edə bilər ki, başçının "Glam Beach" çimərliyinin sahibindən xəbəri yoxdur..? Bəlkə də elə gizli sahibin özü Elşən Salahovdur... Məsələ diqqətimizdədir... Geri qayıt |