Əsas Səhifə > Üst manşet / Güney Press > "Məni hansı hüquqi əsasla bloklamısınız?"

"Məni hansı hüquqi əsasla bloklamısınız?"


Bu gün, 07:41

"Artıq 14 gündür ki, Kapital Bank bütün hesablarımı bloklayıb və mənə məxsus şəxsi vəsaitdən istifadə etməyə imkan vermir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Banka yaxınlaşdım. Bildirdilər ki, məsələ M10 ilə bağlıdır. Cavab verdim ki, M10 ilə ayrıca, Kapital Bank ilə ayrıca müqaviləm var. M10 ilə bağlı məsələ üzrə aylar əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində izahat vermiş, bütün məlumat və sübutları təqdim etmişəm.
Sonra bank əməkdaşından soruşdum:
– Məni bloklamağınız üçün müqaviləyə əsasən hansı hallar baş verməlidir?
Cavab verdi: “Şübhəli əməliyyat olmalıdır.”
Soruşdum:
– Mənim Kapital Bank hesablarımda şübhəli əməliyyat var?
Cavab: “Yox.”
– Bəs məhkəmə qərarı var?
Cavab: “Bizə M10-dan gələn bildirişdə məhkəmə qərarı görünmür.”
– O zaman məni hansı hüquqi əsasla bloklamısınız?
Cavab isə belə oldu:
“Sorğu göndərmişik. 30 gün gözləyin, araşdırıb sizə cavab verəcəyik.”
Mənim sualım sadədir:
Əgər səbəbi bilmirsinizsə, məni niyə bloklamısınız? Əgər səbəbi bilirsinizsə, 30 gün ərzində nəyi araşdırırsınız?
Bu suallara cavab ala bilmədim.
Hesablarımı açın! 30 gün ərzində araşdırıb səbəb tapsanız, o zaman bloklayın və sonra da mənə rəsmi şəkildə səbəbini yazın..."

Geri qayıt