Əsas Səhifə > Üst manşet / Güney Press > ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA!

ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA!


Bu gün, 07:20
"25.07.2026-cı il tarixində Şıxov sahilində apardığım müşahidələr sahilyanı ərazidə ciddi ekoloji problemlərin davam etdiyini göstərir. Neftə bənzər çöküntülər, durğun və yüksək dərəcədə çirklənmiş su hövzələri, kanalizasiya və məişət tullantıları bu ərazidə ekoloji vəziyyətin bərbad olduğunu göstərir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə ictimai fəal Sara Rəhimova qeyd edib.
O daha sonra özünün etiraz dolu fikirlərini belə davam etdirir: "Bu mənzərə Xəzər sahillərinin mühafizəsi və çirklənmənin qarşısının alınması istiqamətində dövlət nəzarətinin və ekoloji idarəetmənin olmadığını və əksinə dövlətin çirklənməyə göz yumduğunu və çirkləndirdiyini göstərir.
Bu hal sahilyanı flora və fauna üçün, dəniz suyu üçün ciddi təhlükəli vəziyyət yaradır. Çirklənmənin davam etməsi qoxu problemlərinin yaranmasına da səbəb olur. Qamışlıq ərazilərdə və kiçik su hövzələrində yosunların intensiv inkişafı, köpüklənmə, səthin yaşıl kütlə ilə örtülməsi və suyun rənginin dəyişməsi çirkab sularının təsiri nəticəsindədir. Bu hal adətən fosfat, nitrat, ammoniumun təsiri ilə yaranır.
Bu hal neft məhsulları və çirkab suları ilə çirklənmənin eyni vaxtda baş verdiyini göstərir. Dəqiq mənbənin müəyyən edilməsi üçün su və çöküntü nümunələrinin laborator analizinə ehtiyac vardır.
Bu çirklənmiş ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işləmədiyini göstərir. Sahilyanı ərazilərdə müntəzəm monitorinq aparılmalı, çirklənmə mənbələri müəyyən edilməli, nəticələr ictimaiyyətə açıq şəkildə təqdim edilməli və məsul şəxslər qanunvericiliyə uyğun cavabdehlik daşımalıdır. Belə mənzərənin uzun müddət mövcudluğu ekoloji təhlükəsizliyin olmadığını göstərir.
Xəzər dənizi Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir. Onun sahillərinin bu vəziyyətdə qalması təkcə ekoloji problem deyil, həm də dövlət idarəçiliyi problemdir. Yalnız görüntü naminə mənasız, xeyri olmayan təmizlik aksiyaları lazımsızdır. Çirklənmələrin mənbələri aradan qaldırılmalı və sahilyanı ekosistemlərin bərpası üçün konkret tədbirlər həyata keçirməlidirlər. Ən azından dövlət heç olmasa çirkləndirməli deyil. Dövlətin borcu Xəzəri qorumaqdır, məhv etmək deyil..."


Geri qayıt