Əsas Səhifə > Üst manşet / Güney Press > TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ...

TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ...


Bu gün, 03:53

"Ambulans və ya hamıya hər an lazım ola bilən Təcili Tibbi Yardım... Bakıda rəsmi 2,3 milyon əhali yaşayır ki, bu da yalnız qeydiyyatda olanlardır. Normaya görə hər 10 min nəfər əhaliyə bir təcili tibbi yardım briqadası düşür. Rəsmi məlumata görə paytaxtda briqadaların sayı 130-138 arasında dəyişir... "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "DEMƏLİ, TƏKCƏ BAKI ŞƏHƏRİNDƏ TTY BRİQADALARININ SAYI NORMADAN TƏXMİNƏN 2 DƏFƏ AZDIR, Respublika üzrə bu rəqəm üç dəfəyə yaxındır.
İndi böyük təmtəraqla TƏBİB aləmə car çəkir,sən demə 10ədəd "Ambulacyce"model xidməti Bakıda tıxacların çox olduğu məkanlarda fəaliyyət göstərəcək.
Yaxşı bu nəyi həll edəcək,bəs Mərdəkan,Binə,Bilgəh, Hövsan, Maştağa, Xırdalan, Novxanı Pirşağı Nardaran və s qəsəbələrində olan saatlarla gecikmələr necə həll olunacaq??
Bəlkə ambulans helikopter də almaq lazımdır?
Abşeron rayonunda 30-35TTY briqadası əvəzinə cəmi 3 -4briqada fəaliyyət göstərir!? Niyə bunu həll etmirsiniz!?
Tutaq ki, şəhərin mərkəzində ambulacyce müəyyən dərəcədə effektiv oldu,bəs Sumqayıt, Xırdalan və digər rayonlardakı problemi kim həll edəcək?! Üstəlik 28 May,Sahil, İçərişəhər, Nizami və s.-əhalinin sıx yaşadığı yerlərdə təcili tibbi yardım stansiyası yoxdur, ən yaxını yerləşir Bayılda,Ali Məhkəmənin yanında, biri də Pediatriya institutunun yanında (OMD) ,bəs motosiklet haradan çıxacaq ki,Sahil və ya 28 May metrosunun özünə və ya yanına çata bilsin.?.
Odur ki,TƏBİB əvvəlcə TTY stansiyalarının dislokasiya məsələsini həll edib, sonra Motosiklet almalıydı.Şəhərin mərkəzində TTY stansiyaları əvvəlcə olub, sonra onları da kimlərəsə hədiyyə ""ediblər.TƏBİB -İN yeni rəhbərliyi bilsin ki,bu "köhnəlmiş"dərmanlarla, analginlə Təcili və Təxirəsalınmaz.
Çağırış?Tibbi Yardım göstərmək olmaz.
Bir də hələ də ölkəmizdə təcili tibbi yardımın hüquqi normativ bazası yoxdur.O motosiklet hansı normativ sənədlərlə işləyəcək??? Çağırış qəbulu onun briqadalara ötürülməsində də hələ də sovet sistemində olan köhnə metodlardan istifadə edilir.Rəqəmsallaşma və İKT bərbad vəziyyətdədir, həkimlər hələ də çağırışı stasionar telefonlarla qəbul edirlər
. Əgər mən tanıdığım feldşerlərə motosiklet veriləcəksə,onda ola bilər ki, onlar nəinki defibrilyatoru, heç motosikleti də "xoda"sala bilməyəcəklər.Elə də yeni bir tıxac yarana bilər..!!!"


Geri qayıt