Əsas Səhifə > Üst manşet / Güney Press > Məqsədləri müştəri məmnuniyyəti deyil ki...

Məqsədləri müştəri məmnuniyyəti deyil ki...


Dünən, 07:54

"Şikayətim "Kapital bank"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Novruz Abbasov adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, öz proqramlarında anam mənə etibarnamə verib ki, gedim maaş kartını götürüm.. dünən getdim bankın Sahil filialına. Vermədilər ki, dost kartları etibarnamə ilə verilmir. Şəxsin özü gəlməlidir. Nə isə... Anamı götürüb bu gün xəstəxanadan çıxaranda getdim Sahildeki "Kapital bank"ay... Anam bülletendədir. Insult keçirib, sağ əli işləmir. Sol əli ilə imza atdı. Əməkdaş bunu qəbul etmədi ki, imza düz deyil. Nitq yoxdu... Nitqi düzələndə gələrsiniz...

Bank müdirinə də yaxınlaşdım... deyir, mən işimdən qorxuram.... Nə qanusuz iş görürəm ki..."


Geri qayıt