|
"Yaşadığım evin qapısından çıxdıqda rastlaşdığım mənzərə budur..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində qeyd edən narazı paytaxt sakini aşağıdakı fotonu təqdim edərək fikrini belə davam etdirir:
"Mərkəzi parkın yanı... Murtuza Muxtarov, 100 ünvanıdır. Yəni sanki Qəzzanın halını empati qurmağa ehtiyac yaratmadılar. Planlaşdırlıb, icra olunmalıdır. Amma vicdanla olsun... Bir neçə gün öncə söküntüyə nəzarət edən baş icraçı (Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov nəzərdə tutulur) məhləmizə gəlibmiş. Bəzi həyətlərə girib, sakinlərə: "Niyə köçmürsünüz, ay camaat?" deyə səslənib. Kaş mən də görəydim kişini. Mən də ona sual verərdim: "Siz şəhərin mərkəzinin mərkəzində, ən əla yerdə olan evinizi kvadratmetri 2700 manata tərk edib köçərdiniz?"
Hərçənd real bazar dəyəri 5000 manatdan da yuxarıdır... İnsanlar rahat yaşadıqları evlərindən köçürülməlidirlərsə, daha əlverişli şəraitli evlər əldə etməlidirlər. Yoxsa mən mərkəzdən Hövsana, Ramanaya, Masazıra niyə köçməliyəm?"
Qeyd edək ki, onlarla narazı sakin Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırıb. Onlar “Bayırşəhər”in sökülməsi barədə sərəncamın ləğvini tələb edirlər. Və bu işdə əsas cavabdeh kimi söküntü işlərinə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov nəzərdə tutulur.
Geri qayıt
|