|
"Geniş addımlarla “irəliləyən" SOCAR..." "DİA-AZ" xəbər verir ki, bu ironik qeydi ilə diqqətə gələn tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının NHMT sədri Mirvari Qəhrəmanlı daha sonra son günlər SOCAR-dakı qanun pozuntuları ilə bağlı ilginc faktları açıqlayan Teymur Ağayevə istinadla olduqca mühüm bir məqama toxunaraq əlaqədar qurum və şəxslərin izahatını tələb edir. NHMT sədri yazır: "Neft hasilatının azalması ilə dövlətimiz, xalqımızı təqribən 14 milyard dollar dəyərində zərər vurmasına əlavə olaraq, SOCAR 2 milyard dollarlıq borc da götürüb xarici investorlardan.
Vyana "Stock Market"ində, 1 milyard dolları 2035-ci ilə kimi, 1 milyard dolları isə 2056-cı ilə kimi faizləri ilə geri qaytarmalı məcburiyyəti olan bond buraxıb.
Sizcə bu pullar, faizlər kimin boğazından kəsilib geri ödəniləcək? Neft hasilatımızı cənab finansist Babək Hüseynov gorbagor etməklə 14 milyard dollara yaxın ziyan vurub xalqımıza, dövlətimizə. İndi isə bu böyük ziyanın cüzi məbləğini xalqımızın boğazından kəsib ödətdirib, gələcəymizi də gorbagor edirlər..."
Geri qayıt
|