Əsas Səhifə > Üst manşet / Güney Press > Siraqəddin Cabbarov şikayətçiləri qovur
Siraqəddin Cabbarov şikayətçiləri qovurBu gün, 07:51 |
|
Sabirabad rayonunun Sərxanbəyli kəndində təxminən bir il əvvəl uçan körpü hələ də bərpa edilməyib. Bizimesr.com bildirir ki, körpünün uçması nəticəsində 1 nəfər həyatını itirib. Buna baxmayaraq, aradan uzun müddət keçməsinə rəğmən körpünün yenidən tikilmədiyi bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə kənd sakinləri körpünün bərpa olunmaması səbəbindən kəndə giriş-çıxışın ciddi şəkildə çətinləşdiyini, alternativ piyada keçidinin isə qəzalı vəziyyətdə olduğunu qeyd edirlər. Onların sözlərinə görə, bu vəziyyət gündəlik hərəkəti və təhlükəsizliyi ciddi risk altında qoyur.
Sözügedən iddialarla bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil. Geri qayıt |