Əsas Səhifə > Üst manşet / Güney Press > Salyandakı müəmmalı TƏQDİMAT...
Salyandakı müəmmalı TƏQDİMAT...Bu gün, 08:26 |
|
Bizimesr.com bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən, təqdimat mərasimində şəxsən Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Mamedov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı iştirak ediblər. Yəni, bir liseyin direktorunu kollektivə təqdim etmək üçün Agentliyin 4 rəsmi şəxsi Salyana yollanıb. Adətən təhsil müəssisələrinə rəhbər təyinatlarında yeni direktor kollektivə nazirliyin, regional idarənin və ya agentliyin bir nümayəndəsi tərəfindən təqdim olunur. Bu baxımdan, Salyan Peşə Liseyində Agentlik rəhbərliyinin yüksək səviyyədə təmsil olunması olduqca diqqət çəkib. Nə baş verib və təqdimatın bu formatda edilməsində hansı görünməz səbəblər mövcuddur? Müzakirələrə səbəb olan digər məsələ isə Agentliyin yaydığı rəsmi məlumatda yer alan məqamlardır. Bildirilir ki, Agentliyin direktoru İlqar Bayramlı liseyin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb. Məhz bu hissə sosial şəbəkələrdə də geniş müzakirə olunub. "Hansı maddi-texniki baza ilə? Peşə Liseyinin həyətindəki cürümüş, paşlanmış, zibilliyə çevirilmiş avtomobillərəmi, yoxsa döşəməsindən ilanlar, həşəratlar keçən sinif otaqlarınamı, yoxsa damı qırıq-qırış siferlərlə örtülmüş lisey binasınamı, sovetlər dövründən qalan, tamamilə yararsız, texniki vasitələrəmi? Hardadır o maddi texniki baza?" deyə suallar ünvanlanıb. Zəruri qeyd: Maraqlıdır ki, Salyan Peşə Liseyinin əvvəlki direktoru hansı səbəblərlə vəzifəsindən azad edilib və Agentlik rəhbərliyi bu barədə niyə açıqlama verməyib? Geri qayıt |