Əsas Səhifə > Üst manşet / Güney Press > İlqar Bayramlı kadrları necə müəyyən edir
İlqar Bayramlı kadrları necə müəyyən edirBu gün, 06:32 |
|
Bizimesr.com bildirir ki, ötən gün İlqar Bayramlı şəxsən özü Arzu Əliyevanı Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin kollektivinə təqdim edib. Agentliyin yaydığı məlumatda qeyd olunur ki, Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə əlavə təhsil alır (ehtimal ki, subbakalavr təhsili). Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. 30 aprel 2024-cü il tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 15 iyun 2025-ci il tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib. Bütün bunların fonunda Arzu Əliyevanın fəaliyyətinin və məhz bu vəzifəyə təyinatının hansı əsaslarla həyata keçirildiyi müzakirə mövzusuna çevrilib. Bildiyimiz kimi, əvvəlki qaydalara görə peşə təhsili müəssisələrinə direktor təyinatı imtahan və müvafiq seçim prosedurları əsasında həyata keçirilirdi. Bu qayda bu ilin yanvar ayından ləğv edildi. Bundan sonra isə direktor təyinatları daha rahat, istədikləri şəxsin təyinatını edə biləcəkləri halına gəldi. Digər tərəfdən isə diqqət çəkən əsas məsələlərdən biri Salyan Peşə Liseyinin mövcud vəziyyətidir. Təhsil müəssisəsinin həyəti avtomobil qəbiristanlığını xatırladır. İllərdir istifadəsiz qalan, işləməyən və yararsız vəziyyətdə olan avtomobillər liseyin ərazisində saxlanılır. Həmin avtomobillər artıq zibil qutusu funksiyasını daşıyır. Eyni zamanda qeyd edilir ki, bu nəqliyyat vasitələrinin heç biri işlək vəziyyətdə deyil və tədris prosesində səmərəli şəkildə istifadə olunmur. Geri qayıt |