Əsas Səhifə > Üst manşet / Güney Press > Zülfəlinin buldozerin ağzına verdiyi TARİX
Zülfəlinin buldozerin ağzına verdiyi TARİXBu gün, 03:23 |
|
"Bayır Şəhərdə memarlıq abidələrinin dağıdılmasına artıq başlanılıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında son günlər Bayırşəhərdə müşahidə olunan qanunsuz söküntü işlərinə etirazı ilə diqqət çəkən Ülvi Bakinski adlı ictimai fəal yazıb.
O daha sonra açıqlamasında bildirir: "Ə. Quliyev küçəsi, 51 ünvanında yerləşən bina 1888-ci ildə inşa edilib və 3637 inventar nömrəsi ilə memarlıq abidələrinin dövlət reyestrində qeydə alınıb. Memarlıq abidəsi ekskavatorla zədələnib və bu da onun yararsız vəziyyətə düşməsinə səbəb olub. Ümumiyyətlə memarlıq abidələri üçün mühafizə zonalarının yaradılması qaydalarına əməl edilmir.
Qeyd etmək lazımdır ki, 1 fevral 2026-cı il tarixindən etibarən tarixi və mədəni irs obyektlərinin qəsdən dağıdılmasına və ya zədələnməsinə görə cinayət cəzaları sərtləşdirilib, 2026-cı il isə "Şəhərsalma və Memarlıq ili" elan edilib"..."
Qeyd edək ki, digər söküntü etirazçısı Zahidə Vulkan isə əslində bütün bu işlərdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılovun başlıca günahkar olduğunu deyir. O, bu barədə özünün sosial şəbəkə hesabında belə yazır: "Bayırşəhərdə tarixi abidə olan Ə.Quliyev 51 ünvanında yaşayan sakinin Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov evini qəsdən buldozerlə zədələyib qəzalı vəziyyətə salıb, sonrada onu aldatmağa çalışıb. Bildirib ki, kirayədə qal bir müddət evi təmir edək yenidən qayıdarsan evinə kirayə pulu mənlikdir.
Sakin Zülfəli İsmayılovu Dövlət məmuru kimi qəbul edərək iki aylıq kirayə pulu alıb gedib. Üçüncü ay kirayə pulunu almağa gələndə Zülfəli sakinə bildirib ki, evi sökəjəm pulunu al get. Naəlac qalan sakin bu gün Zülfəli İsmayılov tərəfindən qəzalı vəziyyətə salınan evinə qayıdaraq yaşamağa davam edir. Heyf ki, Hüquqi Dövlətdə hüquqlarımıza məmurlar tərəfindən təcavüz edilir..." Geri qayıt |