Əsas Səhifə > Üst manşet / Güney Press > "Üfunət iyindən durmaq olmur!"

"Üfunət iyindən durmaq olmur!"


Bu gün, 07:34

"Nərimanov rayonu Çermet qəsəbəsi, Valeh Əmirsayyadov küçəsi döngə 1-də kanalizasiya xətti tutulub. Bununla bağlı etdiyimiz şikayətlər qulaqardına vurulur.." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində paytaxt sakini Elnur Əhədov qeyd edib.

Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "Küçəni pis qoxu götürüb. Qoxu 50-100 metrdən hiss edilir.


Dəfələrlə "Azərsu"ya, Kanalizasiya idarəsinə müraciət etsək də, problem həll olunmayıb. Artıq 3 gündür belədir.... Üfunət iyindən durmaq olmur, qoxu ətrafa çox pis yayılıb..."


Geri qayıt