Əsas Səhifə > Üst manşet / Güney Press > "Bu qədər rəzil bir bank yoxdur!"

"Bu qədər rəzil bir bank yoxdur!"


Bu gün, 07:00
"Bu gündən etibarən mənim qara siyahımın başında YAPI KREDİ BANK var!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iş adamı, ictimai fəal Rəvan Bəşirov qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "Mən hələ bu qədər vicdansız, əxlaqsız, qaniçən, fırıldaqçı bank görməmişəm. Azərbaycandan rədd olub gedənə qədər əlimiz yaxanızdadır.
Bir krediti öz fırıldaqçı hüquq şirkətləri vasitəsilə vətəndaşlara ödədirlər, daha sonra 4 il keçir, məhkəməyə verirlər ki, o pul banka gəlib çatmayıb, yenə təkrar 6000 ödənilir. Üstündən 3 il keçir və yenə məhkəməyə verirlər ki, “bəs həmin fırıldaqçı şirkətə biz o vaxt pul ödəmişik, onu da vətəndaş ödəsin”.
Bu qədər rəzil bir bank yoxdur. Öz ayaq barmaqlarınızı yalayacaqsınız bu fırıldaqçılıqla!.."

Geri qayıt