Əsas Səhifə > Üst manşet / Güney Press > Kartı bloklayırlar, ardından isə...

Kartı bloklayırlar, ardından isə...


Bu gün, 06:39

"Şikayətim "Birbank", onun operatorları və süni zəka sistemi ilə bağlıdır. 05.06.2026 cı il tarixində kartım bank tərəfindən intensiv daxilolmalara görə bloklanandan sonra bankın operatoruna əlaqə saxladım və mənə bildirdi ki, filan "screenshot"ları göndər müraciətlər bölməsinə..." "DİA-AZ" xəbər verir ki, bu barədə"AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən "screenshot"ları göndərdim, orada qeyd olundu ki, üç iş günü ərzində müraciət təsdiqlənəcək. Təsdiqləndi, sonra da ləğv olundu ki, bəs, siz ərizə göndərməlisiniz.

Mən yazılı ərizə yazdım, göndərdim. Yazılı ərizəni göndərəndən sonra yenə bir üç gün gözlədim. O üç gündən sonra yenə müraciət ləğv olundu ki, bəs, ərzəni düzgün yazmamısan, yuxarıda yazmalısan, "Kapital Bank"ın İdarə Heyətinin sədri, Filankəs Filankəsova sözü yazılmalıdır. Nəysə, sonra yenə ərizəni dəyişdirdim, göndərdim, bir üç gün də belə gözlədim. Sonra "Birbank"ın "chat operator" bildirdi ki, müraciət yaratdım, ora əlavə eləyən ərizəni, "screenshot"ları. Gördüm, əlavə edə bilmirəm, problem yaranır. Sonra özüm aydınlaşdırdım ki, 5 mbdan kiçik olmalıdır fayl. Həm chata həm də müraciət bğlməsinə əlavə etdim faylları. Sonra üstündən üç gün keçdi, yenə bildiriş gəldi ki, müraciətlər ləğv olunub. İki dənə müraciətin var, halbuki mənim əsas müraciətim ləğv olunan müraciətdir. Onlar götürüblər, bir bank chata göndərdiyim yarım yamalaq "screenshot"larla müraciət yaradıb, sonra operatorla əlaqə saxladım ki, bəs, əsas müraciətim ləğv olunan müraciətdir və o gündən bu günə təxminən iki həftəyə yaxındır gözləyirəm və hələ də bir nəticəsi yoxdur..."


Geri qayıt