Əsas Səhifə > Üst manşet / Güney Press > Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR...

Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR...


Bu gün, 06:48

"Gəncə Dövlət Universitetində artıq ikinci dəfə akkreditasiya aparılmasına baxmayaraq, bu günədək yekun nəticə ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Halbuki akkreditasiya zamanı Elm və Təhsil Nazirliyi tərəfindən universitetə təqdim olunmuş bütün iradlar yerində qalır və onların heç biri aradan qaldırılmayıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə GDU müəllimləri adından ölkə rəhbərliyinə ünvanlanan müraciətdə deyilir.

Bir nüsxəsi də "DİA-AZ"a göndərilən müraciətdə daha sonra deyilir: 

YAZININ ƏVVƏLİ BURADA: GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...

"Universitetin özündə bu vəzifələri layiqincə icra edə biləcək kifayət qədər savadlı, bacarıqlı və nüfuzlu kadrlar mövcuddur. Belə olan halda, uzun illərdir eyni şəxslərin rəhbər vəzifələrdə qalmasının səbəbi nədir? Bu şəxslərin vəzifədən dəyişdirilməsinin vaxtı çatmayıbmı?
Ən narahatedici məqamlardan biri isə odur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Elm və Təhsil Nazirliyinə, Gəncə Şəhər İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu şəxslərlə bağlı indiyədək heç bir ciddi tədbir görülməyib.
Gəncə Dövlət Universitetində hal-hazırda kafedraların əksəriyyətində dərs saatlarının çatışmazlığı fonunda, tədrisin keyfiyyəti və kadr siyasəti ilə bağlı dözülməz bir mənzərə yaranıb. Rektorun 07.07.2025-ci il tarixində imzaladığı 5/438 saylı əmr guya universitetdəki kadr problemini həll etməli və ixtisar prosesini şəffaflaşdırmalı idi. Lakin reallıq tamamilə fərqlidir. Əmrin kobud şəkildə pozulması və rektorun məsuliyyətsizliyi baş alıb gedir.
Əmrin 1-ci bəndində yaş həddi və elmi-pedaqoji fəaliyyət meyarlarına əsasən ixtisar aparılması açıq-aydın göstərilib. Lakin rektor öz imzasına və rəsmi sənədə hörmətsizlik edərək, bu əmri yalnız "kölgə" kimi istifadə edir. Rektor bu əmri icra etmək əvəzinə, həmin şəxslərdən şəxsi maraqlar müqabilində "şirinlik" alaraq onları işdə saxlamağa davam edir. Beləliklə, rektor özünün verdiyi rəsmi əmri birbaşa pozur və korrupsiya mexanizmlərinə şərait yaradır.
Universitetdə tədris prosesinin əsas subyekti olan tələbənin hüquqları ayaqlar altına atılıb. Sağlamlıq vəziyyəti auditoriyada dərs deməyə imkan verməyən, dərsə pampers taxıb gələn, hətta özünə qulluq qabiliyyətini itirmiş şəxslərin "müəllim" adı ilə universitetdə saxlanılması təhsilin faciəsidir. Belə şəxslər tələbəyə nə verə bilər? Bu mənzərə nəinki tədrisin keyfiyyətini sıfıra endirir, həm də universitetin akademik nüfuzuna vurulan ən böyük zərbədir.
Rektorun bu "qanunsuz işdə saxlama" siyasəti nəticəsində universitetə gəlmək istəyən gənc, potensiallı kadrlar kənarda qalır, yarımştat vəziyyətdə çalışaraq özlərini realizə edə bilmirlər. Bu, universitetin gələcəyinin məhv edilməsi və intellektual inkişafın qarşısının alınması deməkdir.
Sual olunur: Əgər bu əmr (5/438 saylı) sadəcə görüntü xatirinə verilibsə, rektor niyə öz imzasına hörmət etmir? Rektorun öz imzaladığı sənədin icrasına nəzarət etməməsi, yaxud onu bilərəkdən icra etməməsi rəhbərlik etdiyi qurumun qanunvericilik çərçivəsindən kənara çıxdığını göstərir. Universitet rektoru öz şəxsi maraqlarını təhsilin və qanunun aliliyindən üstün tutur.
Bu vəziyyət artıq dözülməzdir və təcili surətdə aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır!
Rektor Yusif Yusibov isə müxtəlif məclislərdə açıq şəkildə bildirir ki, qardaşı Cavanşir Yusifov artıq vəzifədə olmasa da, Mikayıl Cabbarov, Ceyhun Bayramov və Samir Şərifov kimi yüksək vəzifəli şəxslərlə yaxın münasibətləri var və buna görə də Elm və Təhsil naziri daxil, ona heç kimin təsir edə bilməyəcəyini söyləyir. Hətta şikayət edənlərə "şikayət edə-edə öləcəksiniz, mənə heç kim heç nə edə bilməz" deyir..."


Geri qayıt