Əsas Səhifə > Üst manşet / Güney Press > Deputatın şirkəti vətəndaşı çətin duruma salıb

Deputatın şirkəti vətəndaşı çətin duruma salıb


Bu gün, 06:31
"Tikinti sektoru nəhənglərindən sayılan şirkət öz yaratdığı borca görə bir müharibə veteranını susuz qoyub..." "DİA-AZ" xəbər verir ki, bu məlumatı özünün sosial şəbəkə hesabında jurnalist Jalə Əsədova paylaşıb.
Jurnalistin açıqlamasında daha sonra deyilir: "​Söhbət "Kristal-H" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Kamil Rəhimov küçəsində inşa etdiyi "Park Yasamal - 1" layihəsindən gedir. Həmin kompleksin 5-ci bina, "B" bloku, mənzil 199 ünvanında yaşayan mənzil sahibi, müharibə veteranı Quliyev Rasət Məqsəd oğlu aylardır ki, şirkətin məsuliyyətsizliyinin qurbanına çevrilib.
​Aşağıda təqdim etdiyim rəsmi sənəddən (Mənzilin təhvil aktı № 5/159) də aydın görünür ki, mənzil rəsmi qaydada təhvil verilib. Lakin binanın tikintisi və mənzilin təhvilinə qədərki inşaat dövründə yaranmış su borcu düz 5 aydır ki, "Kristal Abşeron" şirkəti tərəfindən ödənilmir. Şirkətin bu laqeydliyi və borcdan qaçması səbəbindən "Azərsu" ASC artıq 2-ci dəfədir ki, mənzilin su sayğacının borusunu kəsir!
​Vətəndaş, özü də canını bu vətən üçün fəda etmiş bir müharibə veteranı, tikinti şirkətinin vaxtında ödəmədiyi borca görə niyə susuz qalmalıdır?
Məsələ ilə bağlı şirkətin məsuliyyət daşıyan rəhbərliyinə, komendantına dəfələrlə rəsmi və şifahi müraciətlər olunsa da, rəhbərlik bu günə qədər borcu ödəməkdən boyun qaçırır və problemi həll etmir.
​Böyük iddialarla layihələr satan, milyonlar qazanan bir tikinti şirkətinin öz yaratdığı kommunal borcu aylarla ödəməyib sakini və xüsusilə də qazimizi çarəsiz qoyması hansı mənəviyyata və qanuna sığır?
Aidiyyəti qurumların bu özbaşınalığa reaksiya verməsini və məsələnin qısa zamanda həll olunmasını xahiş edirəm!"

Geri qayıt