Əsas Səhifə > Üst manşet / Güney Press > Burda müştərini rəsmən QARƏT EDİRLƏR
Burda müştərini rəsmən QARƏT EDİRLƏRBu gün, 06:25 |
|
"Dünən Nərimanov parkında fəaliyyət göstərən İstanbul çay evində xoşagəlməz vəziyyətlə qarşılaşdıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Elman Abbasov qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "Menyuda sadə çayın qiyməti 6 manat göstərilsə də, yalnız çay sifariş etmək istəyəndə əməkdaşlar bunun mümkün olmadığını bildirdilər. Dedilər ki, mütləq 8 manatlıq mürəbbə, 8 manatlıq Snickers və ya başqa əlavə məhsul sifariş edilməlidir. Əks halda, sadə çay təqdim edilmir. Səbəb kimi isə yalnız bir cümlə səsləndirildi: "Bizdə qayda belədir."
Əlavə heç nə istəmədiyimizi desək də, sadə çay verməkdən imtina etdilər.
Ən maraqlısı isə odur ki, bu "qayda" nə girişdə, nə də menyuda göstərilib. Əgər 6 manatlıq sadə çay faktiki olaraq satılmırsa, niyə qiymət menyuda saxlanılır? Müştəri niyə yalnız masa arxasında əyləşəndən sonra məcburi əlavə sifarişlə qarşılaşmalıdır?
400–500 manat əməkhaqqı alan insanların yaşadığı ölkədə parkda bir sadə çay içmək üçün 6+ 8 manata nəsə almaq tələb olunursa, yanındakı iskəndər çay evində sadə çay minimum 22 manata satılırsa,
Bir sual da yaranır: bu cür yüksək qiymətlərlə fəaliyyət göstərən obyektlər görəsən dövlətə aylıq nə qədər vergi ödəyirlər?
Onu da qeyd edim ki, orada nə xüsusi xidmət, nə də fərqli bir şey yoxdur. Yəni oxucular düzgün başa düşsün. Sadə çay evidir. Sadəcə "iribuynuzlu məmurlar"ındır..."
Geri qayıt |