Əsas Səhifə > Üst manşet / Güney Press > TENDER ÜÇÜN ƏLYERİ...

TENDER ÜÇÜN ƏLYERİ...


Bu gün, 06:16
"Və beləcə sən demə Azərbaycanda şagirdlərə dərs oxumasına, müəllimlərə də dərs keçməsinə Vüqar Səfərli demiş - mobil telefon SƏBƏBKAR imiş..." "DİA-AZ" xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayevin məktəblərdə şagirdlərin telefondan istifadə etməsini yasaqlayan qərarına reaksiyasında tanınmış jurnalist Ədil Hüseynli bildirib.
Jurnalist daha sonra fikrini belə davam etdirir: "Artıq yeni qaydalar təsdiqləndi.
Yeni dərs ilindən, zəlzələ, fəlakət, qırğın-qiyamət olmasa şagirdlərə mobil telefon, planşet, noutbuk yasaqdı.
Ən maraqlı hissə şagirdlərin məktəbə gətirdiyi mobil və elektron cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi xüsusi saxlama yerlərində - mobil qutular, şkaflar və digər yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Bax əsas məsələ də budur. Telefon qutuları almaq üçün yəqin ki, tender elan olunacaq, qutular hazırlanacaq, ağzı bağlı, odda yanmaz, suda batmaz... Buna da 5-10 milyon xərclənəcək...
Sonra deyirsiz, Emin Əmrullayev işləmir, balalarımızın təhsili ilə maraqlanmır. Bundan yaxşı nə ola bilər... Telefon yıxırmış uşaqların evini, bunda sonra təhsilimiz fışqıracaq..."

Geri qayıt