Əsas Səhifə > Üst manşet / Güney Press > Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR?

Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR?


Bu gün, 02:23

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında SOCAR "Azəriqaz" İstehsalat Birliyində planlaşdırılan növbəti qanunsuzluqla bağlı paylaşım edib. 
NHMT sədri işçilərdən birinə istinadən bildirir: "Salyan RQİİ Saatli XS-dən yazdılar ki, Salyan RQII-də Şahin adlı usta işləyir. Deyirlər Azəriqaz İB-də işləyən bir yüksək vəzifəli şəxsin yaxın qohumudur və o ayın sonunadək Saatli XS-də Sayğac Əməliyyatları Xidmətinə (SƏX) rəis təyin olunacaq.

Yəni yüksək vəzifəli şəxs oz qohumunu xidmət rəisi göndərir. Region rəisi də bildirir ki, Saatli XS-nə Sayğac Əməliyyatları Xidmətinə Şahin təyin olunur. Usta vəzifəsindən birbaşa xidmət rəisi, özü də imtahansız! Belə ki, hal-hazırda qohum gözləyir ki, SƏX rəisi ayın sonuna işdən azad olunsun ki, gələn ayın əvvəlinə onu rəis təyin etsinlər. Bu halda bəs haqsizliğa niyə ğoz yumulur? 
Uzun illərdi Saatli XS-də çalışan, əməyi olan işçiləri kənarda saxlayıb işdən anlayışı olmayan baçqa birisi niyə xidmət rəisi vəzifəsinə gətirilir? Səbəbi? Yüksək vəzifə sahibinin yaxin qohumu olduğu üçün? Bəs ədalət?"


Geri qayıt